1 C
Baku
Thursday, March 6, 2025

Qiymətli Kağızlar və Valyuta Əməliyyatları şöbəsinə müdir (Demir Bank)

İŞÇININ VƏZIFƏSI:

• Valyuta əməliyyatları üzrə bazar imkanlarını araşdırmaqla həm bankdaxili müştəri əməliyyatlarından, həm banklararası valyuta əməliyyatlarından gəlirliyin təmin edilməsi;
• Nağd valyuta bazarı üzrə əsas bazar iştirakçıları ilə münasibətlərin qurulması və yerli nağd valyuta bazarındakı gündəlik dəyişmələri yaxından izləməklə bankın nağd valyuta resurslarının effektiv idarə olunmasını və gəlirliyin təmin edilməsi;
• Beynəlxalq valyuta bazarlarında baş verən hadisələri yaxından izləyərək lazım gəldikdə limit çərçivəsində spekulyativ valyuta əməliyyatları aparmaqla gəlirliliyin təmin olunması;
• Yerli banklarla münasibət yaradaraq valyuta əməliyyatlarına vasitəçilik etməklə gəlirliliyin təmin olunması;
• Həmçinin düzgün məzənnə siyasəti yürütməklə bankın müştəriləri ilə valyuta əməliyyatlarından gəlirliliyin maksimallaşdırılması;
• Yerli pul bazarlarında likvidlik vəziyyətinin müntəzəm olaraq nəzarətdə saxlanılması həmçinin banklarla münasibətlərin qurulması ilə qısamüddətli likvid resursları banklara optimal faiz dərəcəsi ilə yerləşdirərək gəlirliliyin təmin olunması;
• Həmçinin bankın resurs tələbatını təmin etmək məqsədi ilə yerli və xarici banklarla münasibətləri inkişaf etdirərək vəsait təminatının sığortalanması;
• İstər bankın likvidlik imkanları, istərsə də əvvəlcədən müəyyən olunmuş vəsait çərçivəsində qiymətli kağızlardan ibarət portfel yaradaraq gəlirliliyin təmin olunması;
• İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən müəssisələri təhlil etməklə əməkdaşlıq yaradaraq kapital bazarlarına çıxışın təmin edilməsi və bu müəssisələrin qiymətli kağızları üzrə market meykinq fəaliyyətinin təşkili edilməsi;
• Müxtəlif investorlarla əməkdaşlıq yaradaraq investorların anderraytinq və market meykinq üzrə birgə əməkdaşlığa cəlb edilməsi və yekun olaraq bu fəaliyyət növü üzrə gəlirliliyin təmin edilməsi;
• Bu məhsulun bankda effektiv tətbiqinə nail olmaqla satış planlarının icrasına köməklik göstərmək və gəlirliliyin əldə olunmasının təmin edilməsi;
• Məhsulların yerli bazarda tətbiqinə dair “feasibility” araşdırması aparılaraq təkliflərin hazırlanması.

TƏLƏBLƏR:

• Təhsil: Ali – iqtisadi;
• Maliyyə sektorunda beynəlxalq sertifikatlara sahib olmaq;
• Ən azı 2 il maliyyə bazarlarında iş təcrübəsi;
• Azərbaycan, Rus və İngilis dilləridə əla səviyyədə yazı və ünsiyyət bacarığına sahib olmaq;
• Kompüter  biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook)  Səviyyə: Əla;
• İdarəetmə bacarıqları, şöbənin işinin təşkili və idarə edilməsi;
• Valyuta, qiymətli kağızlar, törəmə maliyyə alətləri, investisiya bankçılığı haqqında dərin biliklər;
• Peşəkar təqdimat və satış bacarıqları, satış sahəsində iş təcrübəsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 oktyabr 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Qiymətli Kağızlar və Valyuta Əməliyyatları şöbəsinə müdir) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər