9 C
Baku
Friday, January 30, 2026

Qiymətli metallar üzrə fyuçerslər dəyər itirir

Nyu-York Əmtəə Birjasında (NYMEX) və onun bölməsi olan “Comex”də qiymətli metallar — platin, palladium, qızıl və gümüş üzrə fyuçerslərin qiyməti 2,7–7% aralığında ucuzlaşır. Bu barədə ticarət meydançalarının məlumatları göstərir.

Bakı vaxtı ilə saat 11:22-yə olan məlumata görə, NYMEX-də 2026-cı ilin mart ayında təhvil veriləcək palladium fyuçersinin qiyməti 1 troya unsiyası üçün 1 883,5 dollar təşkil edib (-6,69%). 2026-cı ilin aprel ayı üzrə platin fyuçersləri isə 7,01% azalaraq 1 troya unsiyası üçün 2 434,7 dollara düşüb.

Eyni zamanda, “Comex” birjasında 2026-cı ilin aprel ayı üzrə qızıl fyuçerslərinin qiyməti 1 troya unsiyası üçün 5 210,8 dollar olub (-2,69%). 2026-cı ilin mart ayı üzrə gümüş fyuçersləri isə 1 troya unsiyası üçün 109,175 dollar səviyyəsində qərarlaşıb (-4,59%).

Son xəbərlər
Digər xəbərlər