“Qiymətli metallar və qiymətli daşlar haqqında” qanununda dəyişikliklərin tətbiqinə dair Prezident İlham ƏLiyev fərman imzalayıb.
Nazirlər Kabinetinə taoşırılır ki, Azərbaycan Respublikası qanunlarının və Prezidentinin aktlarının “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etsin, həmin Qanunun 12.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanı barədə təkliflərini iki ay müddətində hazırlayıb Prezidentə təqdim etsin, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat versin, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat versin, həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
O cümlədən, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.