Nyu-York Əmtəə Birjasında (NYMEX) və onun bölməsi olan “Comex”də platin, palladium, qızıl və gümüş üzrə fyuçerslərin dəyəri 0,8–1,9% arası artım nümayiş etdirir. Bu barədə ticarət platformalarının məlumatlarında qeyd olunur.
Bakı vaxtı ilə 15:22-yə olan vəziyyətə görə, 2026-cı ilin mart ayında təhvil veriləcək palladium fyuçersi NYMEX-də bir troy unsiyası üçün 1 528 dollar səviyyəsində idi (+1,44%). 2026-cı ilin yanvarında təhvil veriləcək platin fyuçersi isə 1,92% artaraq bir troy unsiyası üçün 1 717,4 dollar olub və 17 oktyabrdan bəri ilk dəfə bu səviyyədə ticarət olunur.
Eyni zamanda “Comex”də 2026-cı ilin fevralında təhvil veriləcək qızıl fyuçersi bir troy unsiyası üçün 4 289,3 dollar (+0,81%) təşkil edir. 2026-cı ilin martında təhvil veriləcək gümüş fyuçersi isə bir troy unsiyası üçün 58,17 dollar səviyyəsindədir (+1,76%) və tarixi maksimumlarda ticarət olunur.







