9 C
Baku
Friday, December 13, 2024

Qızıl 2017-ci ildə 1 100 dollar/unsiyaya geriləyəcək [Proqnoz]

Qızılın unsiyasının qiyməti 2017-ci ilin hər rübündə düşərək son rübdə 1 100 dollar/unsiyaya geriləyəcək.

“Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, belə bir proqnoz Çinin “Oversea-Chinese Banking Corp.” bankı tərəfindən verilib.

Bu bank 2016-cı ilin III rübündə “Bloomberg” agentliyi tərəfindən keçirilən qızıl proqnozu sorğusunda ilk sırada yer alıb. Bank verilən proqnozla əlaqədar bildirib ki, qızılın qiymətinin düşməsinə səbəb ABŞ Federal Ehtiyat Sisteminin (FES) dekabr ayında böyük ehtimalla uçot dərəcələrini artıracağı və dolların məzənnəsinin getdikcə yüksələcəyidir.

Xatırladaq ki, hazırda qızılın unsiyasının qiyməti bankın gələn ilin sonu üçün verdiyi proqnozdan 16% çox, yəni 1 276 dollar/unsiya təşkil edir. “Oversea-Chinese Banking Corp.”un baş iqtisadçısı Barnabas Ganın sözlərinə görə, “Qızılın qiyməti bu il FES-in faizləri artırmaması səbəbindən yüksəldi. Amma, artıq FES dekabr ayından başlayaraq uçot dərəcələrini artırmağa davam etməsi ilə qızılın qiymətinin yenidən düşəcəyi gözlənilir”.

Son xəbərlər
Digər xəbərlər