Bu gün Bakı vaxtilə 9:41-ə olan məlumata əsasən, qızılın qiymətində cüzi bahalaşma var.
Banker.az bu barədə Comex birjasına istinadən xəbər verir.
Qeyd edək ki, oktyabrın 17-ində 0.92% bahalaşma ilə 1 unsiyası $1664 təşkil etmişdi. Sonrakı 2 gün ərzində isə azalmalar müşahidə olundu – 18 oktyabrda 1 unsiya qızılın qiyməti 0.49% azalaraq $1655.8, dünən yenidən 1.3% azalaraq $1634.2 oldu.
Bu gün Bakı vaxtilə 9:41-də birjada 0.16% bahalaşma müşahidə olundu. Beləliklə 1 unisya qızılın qiyməti $1636.8-a çatdı.