Qızıl ABŞ və İran arasında razılaşmasının pozulmasından sonra ucuzlaşıb

ABŞ-nin Comex əmtəə birjasında avqust ayı üzrə qızıl fyuçersinin qiyməti Bakı vaxtı ilə saat 16:47-yə olan məlumata görə 1,67% azalaraq bir troya unsiyası üçün 4 087,8 dollara enib.

Reuters agentliyinin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın İranla sülh razılaşmasının qüvvədən düşdüyünü bəyan etməsindən sonra qızılın qiyməti ucuzlaşmağa başlayıb.

UBS bankının analitiki Covanni Staunovo agentliyə bildirib ki, ABŞ əmək bazarının zəifləməsi və inflyasiyanın aşağı düşməsi fonunda qızılın qiyməti yenidən arta bilər. Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 22:00-da ABŞ Federal Ehtiyat Sisteminin (FED) iyun iclasının protokolu açıqlanacaq.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər