2024-cü ilin ilk rübü ərzində Azərbaycanda qiymətli metal istehsalı illik müqayisədə yüksəlib.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Hesabat müddətində, 839.8 kiloqram həcmində gümüş istehsal edilib. Bu da 2023-cü ilin analoji dövrünü 16.3 faiz üstələyib.
Qızıl istehsalının həcmi illik müqayisədə 3.8 faiz artaraq 427.6 kiloqram təşkil edib.
Mis konsentratının həcmi isə illik müqayisədə 93.6 faiz azalaraq 54.3 ton təşkil edib.
Xatırladaq ki, 2024-cü ilin əvvəlindən qızıl və gümüşün bir unsiyası 14 faiz ətrafında bahalaşaraq müvafiq olaraq 2350 dollar və 28 dollar olub.
Qızılın bir kiloqramı hazırda 75 582 ABŞ dollarından bahadır.