11 C
Baku
Friday, October 25, 2024

Qızıl bahalaşmaqdadır – Bəs bu Azərbaycana nə qazandırır?

BANKER.AZ — Son bir il ərzində qiymətli metal olan qızılın qiyməti 20-21%-ə qədər bahalaşıb. Bu bahalaşma isə Azərbaycanda ixrac yönümlü məhsul – qızılın ölkəyə valyuta daxilolmasını artırıb. Bu il öncəki ildən daha az məhsul satmaqla, qiymətlərin qalxması fonunda daha çox valyuta qazanıb.

İngiltərədə COVİD-in yeni növ, mutasiyaya uğramış forması aşkarlanıb. Bu məlumatdan sonra bir çox ölkələr İngiltərə ilə hava uçuşlarını dayandırıb. Daha sonra isə eyni virusun Avstriya, Danimarka, Niderland və Cənubu Afrika Respublikasında da aşkarlandığı məlum olub.

Bu məlumatlar fonunda dünən gecə saatlarından başlayaraq təhlükəsiz maliyyə aləti kimi tanınan qızılın qiymətlərində sürətli artım müşahidə olunur. Qiymətlər bazar açılışında 1883$-a ticarət olunsa da,hal hazırda bahalaşaraq 1905$- a ticarət olunur.

Qeyd edək ki, qiymətlər 1900$- ın üzərində möhkəmləndikcə növbəti hədəf 1930$-dı.

Azərbaycan bu qiymətli məhsulu emal edilməmiş formada yalnız İsveçrəyə ixrac edir. 2020-ci ilin ilk 10 ayı ərzinin göstəricilərinə görə Azərbaycandan xaricə  3 664 kiloqram həcmdə qızıl ixrac edib. Bu ixraca görə isə Azərbaycana $158.69 milyon valyuta daxil olub.

Azərbaycan 2019-cu ilin yanvar-sentyabr ayları ərzində İsveçrəyə  3 717 ton həcmində qızıl ixrac etmişdi ki, bunun müqabilində də ölkəyə cəmi $120.76 milyon valyuta daxil olmuşdu. Bu il öncəki illlə müqayisədə hətta 10 ay ərzində ixrac etdiyindən 53 ton az ixrac etsə də, qiymətlərin artması nəticəsində $37.93 milyon daha çox vəsait daxil olub.

QIZILIN QİYMƏTİ NECƏ DƏYİŞİB?

2019-cu ilin sonundan başlayaraq Çinin Vuhan əyalətindən COVID-19 virusu peydə oldu. Həmin virus aylar keçməmiş Çindəki sərt karantin rejmlərinin və əyalətin blokda qalmasına rəğmən məcrasından çıxıb ətrafa yayılmağa başladı. Böhranda isə ən etibarlı yatırım olan qızıla tələbat artdı. Bir çox zənginlər bu qiymətli metalı xəzinələrinə yığmaqla gələcək üçün ehtiyat möhkəm tutmağa çalışdılar. Lakin, tam olaraq qızılın qiymətindəki artımı koronavirusla əlaqələndirməli deyil. Məsələ burasındadır ki, qiymətli metalın bir unsiyası 2018-ci ilin sentyabrında 1092 dollar olduğu halda, həmin ilin sonuna 1 320 dollar olmuşdu. 2019-cu ilin aprelindən başlayaraq isə (həmin tarixdə 1 283 dollar/unsiya idi) bahalaşmağa başlayıb, ilin sonuna 1 510 dollar unsiyaya yüksəlib.

2020-ci ilidə məlum COVID-19 epidemiyası səbəbindən isə bu sarı metalın qiymətini bahalaşdırıb. Cari ilin əvvəli 1692 dollar/unsiya olduğu halda avqust ayında 2 035 dollar/unsiyaya qədər yüksəlib.

BƏS BU AZƏRBAYCANIN İXRACINA NECƏ TƏSİR EDİB?

Azərbaycan cari ildə qızılın bir kiloqramını 47 377.2 dollara satıb. Öncəki ildə isə  32 489.7 dollara satmışdı.

Yəni, Azərbaycan bu il ixrac etdiyi hər kiloqrama görə, 32 489.7 dollar əlavə valyuta qazanıb.

Qeyd: 1 kq=35.274 unsiyaya.

Son xəbərlər
Digər xəbərlər