10 C
Baku
Thursday, December 12, 2024

Qızıl dünənki kəskin yüksəlişdən sonra bir qədər ucuzlaşıb

BANKER.AZ – Qızıl qiymətləri çərşənbə axşamı günü son seansda kəskin yüksəlişdən sonra aşağı düşüb, belə ki, hazırda risk əhval-ruhiyyəsi bir qədər yüngülləşib və istiqraz gəlirləri yüksəlib.

Bununla belə, investorların gözü bu həftənin sonunda ABŞ inflyasiya məlumatlarına yönəlib.

Spot qızılın unsiyası 1 865.19 dollar səviyyəsinə qalxaraq, günün əvvəlində sentyabrın 29-dan bəri ən yüksək həddə çatıb və sonuncu dəfə 0.2% ucuzlaşaraq 1 856.68 dollar olub. ABŞ-ın qızıl fyuçersləri 0.3% artaraq 1 870.2 dollara çatıb.

Spot gümüş 0.8% ucuzlaşaraq 1 unsiya üçün 21,72 dollara, platin 0.3% ucuzlaşaraq 883.30 dollara, palladium isə 0.8% ucuzlaşaraq 1 131.16 dollara düşüb.

Qızıl bu həftənin bazar ertəsi təxminən 1.6% bahalaşıb ki, bu da son beş ayda ən böyük günlük sıçrayışdır, Buna səbəb İsrail və Həmas qrupu arasında hərbi toqquşmalar və bunun fonunda investorlar üçün təhlükəsiz sığınacaq investisiyalarına tələbi artmasıdır.

FED-in vitse-prezidenti Filip Cefferson və Dallas Fed-in prezidenti Lori Loqan bazar ertəsi qeyd ediblər ki, gəlirlərdəki son artım faiz dərəcələrinin daha da artırılması ehtiyacını azalda bilər.

Bençmark sayılan 10 illik xəzinədarlıq gəlirləri 4.6737%-ə yüksəlib ki, bu da gəlir gətirməyən sarı metala ehtiyacı bir qədər azaldır.

Hazırda uzunmüddətli perspektivdə ABŞ faizlərinin daha böyük drayver kimi bazarda qalmaqdadır.

 

 

Son xəbərlər
Digər xəbərlər