Qızılın qiyməti ABŞ FES (Federal Ehtiyat Sistemi) rəhbəri Janet Yellen-in çıxışından sonra artmağa başlayıb. Bunu isə cari hərracların gedişatı təsdiqləyib.
Belə ki, COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 1,80 dollar bahalaşaraq 1 225,70 dollara, gümüş isə 0,02 dollar artaraq 16,95 dollara satılıb.
İnvestorlar FES rəhbəri Janet Yellenin Vaşinqtondakı çıxışının detallarını müzakirə etməyə başlayıb. Amerika Mərkəzi bankının rəhbəri bildirib ki, ölkə iqtisadiyyatının artımını, əmək bazarında şərtlərin yaxşılaşmasını, həmçinin növbəti bir neçə il ərzində inflyasiya səviyyəsinin 2% olacağını gözlədiyini deyib.
Yellen öz çıxışında qarşıdan gələn dekabr ayında keçiriləcək iclasda Mərkəzi bank tərəfindən baza faiz dərəcəsinin mümkün artırılması ilə bağlı ipucular verməyib. Bununla yanaşı, o təsdiq edib ki, faiz dərəcələrinin artırılması “qısa müddət ərzində kifayət qədər məqsədəuyğun ola bilər”.