10 C
Baku
Wednesday, April 16, 2025

Qızıl fyuçerslərinin qiyməti 3000 dolları keçib

Nyu-Yorkun “Comex” birjasında aprel ayı üzrə qızıl fyuçerslərinin qiyməti bütün zamanların ən yüksək həddinə çatıb. Martın 14-də Bakı vaxtı ilə saat 00:49-a olan birja məlumatlarına görə, qiymətli metal ilk dəfə olaraq 1 troy unsiyası üçün 3000 dolları ötüb. Platformanın Bakı vaxtı ilə saat 01:05-ə olan məlumatına görə, qızılın qiyməti 1.85% artaraq 3001.3 dollara çatıb.

Fevralın sonunda da qızıl fyuçerslərinin qiyməti tarixi rekordu qırıb. Həmin vaxt qiymətli metal troy unsiyası üçün 2970 dollardan yuxarı ticarət edilib. 2024-cü ilin oktyabrında qızılın qiyməti tarixin ən yüksək həddinə çatıb və bir unsiya üçün 2800.4 dolları keçib. Noyabrda ABŞ-də keçirilən seçkilərdən sonra qiymətlər bir ay əvvəlki səviyyələrə qayıdıb – bir unsiya üçün təxminən 2600 dollar.

Son xəbərlər
Digər xəbərlər