8 C
Baku
Tuesday, February 3, 2026

Qızıl fyuçerslərinin qiyməti 5%-ə qədər artıb

2026-cı ilin aprel ayı üzrə çatdırılma ilə COMEX birjasında (Nyu-York Əmtəə Birjasının bölməsi) qızıl fyuçerslərinin qiyməti 5% artıb. 2026-cı ilin mart ayı üzrə gümüş fyuçersləri isə 10% yüksəlib, bunu ticarət platformasının məlumatları göstərir.

Bakı vaxtı ilə saat 10:10-a olan vəziyyətə görə, qızıl fyuçersləri 4,37% artaraq bir troya unsiyası üçün 4 856,1 dollara çatıb. Gümüş fyuçersləri isə 8,47% yüksələrək 83,53 dollara qalxıb.

Saat 10:40-a doğru qızılın artımı sürətlənərək bir troya unsiyası üçün 4 910 dollar səviyyəsinə çatıb (+5,53%). Gümüş isə 10,6% bahalaşaraq 85,17 dollar olub.

Son xəbərlər
Digər xəbərlər