“Comex” birjasında hərraclarda qızılın bir troy unsiyasının qiyməti Bakı vaxtı ilə saat 21:30-da 1900.7 dollar təşkil edib.
Banker.az xəbər verir ki, artım Ukrayna ətrafında gərginliklə əlaqələndirilir.
Sonuncu dəfə, birjanın məlumatına görə, qızıl 11 iyun 2021-ci ildə bir troy unsiyası üçün 1900 dollardan yüksək olub.
Qərb ölkələri Rusiyanın Ukraynaya hərbi müdaxiləyə hazırlaşdığını bildirsə də, Kreml bu planları dəfələrlə təkzib edib. “Politico” Rusiyanın “20 fevraldan sonra” Ukraynaya hücum edəcəyini yazıb. Rusiya prezidentinin mətbuat katibi bunu “daha bir saxtakarlıq” adlandırıb.