Hələ qədim vaxtlardan bu günə qədər qızıl insan fəaliyyətinin bir çox sahələrdə çox geniş istifadə olunur. Onu zərgərlik, maliyyə sektoru, sənaye və təsərrüfatın digər sahələrində istifadə edirlər.
Bu məqalədə biz sizə bu dəyərli metalın məşhur olmayan xüsusiyyətlərindən danışacağıq.
1. Qızıl o qədər nadir hallarda tapılır ki, dünya üzrə bir saat çıxarılan poladın həcmi tarix boyu çıxarılan qızılın həcmindən daha çoxdur. 2011-ci ildə 2,8 min ton qızıl çıxarıldı, hasilat üzrə liderlər ÇXR, Avstraliya və ABŞ-dır.
2. Dünya yaranandan müxtəlif hesablamalara görə 150-200 min ton arası qızıl hasil olunmuşdur ki, onlardan yalnız 10-15%-i itkiyə getmişdir. Bundan əlavə, gündəlik istehlak olunan qızılın ən azı 15%-i təkrar emaldan keçir. Bu da o deməkdir ki, sizin tarixi qızıl hissəciklərin ibartət qızl üzük və ya digər bəzək əşyası taxmaq ehtimalınız çox yüksəkdir.
3. Geoloqlar iddia edirlər ki, planetin bütün qızıl yataqları araşdırılıb və dəyərli metalın ümumi kütləsi 120-150 min ton civarında qiymətləndirilir.
4. Qızıl ən böyük ehtiyatı Yer kürəsinin nüvəsində yerləşir. Əgər nüvədə olan bütün qızılla Yer kürəsinin bütün səthini örtsəydik, onda qızıl təbəqəsinin qalınlığı yarım metrə çatardı.
5. Qızıl – çox elastik olmasına baxmayaraq, həm də ağır metaldır. Qızıl o qədər elastikdir ki, 1 qramlıq qızıl parçasından 3 km uzunluğunda məftil hazırlamaq olar. Eləcə də bu parçandan insan saçından 500 dəfə daha incə olan folqa hazırlamaq olar. Eyni zamanda qızıl o qədər ağırdır ki, tərəfi 37 sm olan qızıl kubun ağırlığı 1 tona bərabədir.
6. Dünyada ən böyük külçə Avstraliyada 1872-ci ildə tapılmışdır və o “Çoxdan gözlənilən səyyah” (Welcome Stranger) adını almışdır. O , çəkisi 70 kq olan 2563 sm nisbətində böyük bir qaya parçası idi. Hazırda bu külçənin nominal dəyəri 4,5 mln dollara bərabər olardı.
7. Əgər yeniyetməlik dövründən ölənə qədər qızıl üzük taxsanız, onun qalınlığı iki dəfə azalacaq. Maraqlıdır ki, qızılla işləyən və ya sadəcə onu saxlayan bütün insanlarda çox az da olsa, qızıl hissəcikləri var. Bu hissəciklər daima qızldan ayrılır və insan dərisinə, paltarına yapışır və ya qızılın saxlanıldığı otaqda əşyaların üzərində toplanır. Əgər bu tip yerlərdə mebellərin üzündə istifadə olunan parçaları yandırsaq və daha sonra zərrəcikləri araşdırsaq onda kiçik qızıl hissəcikləri tapa bilərik.
8. Qızıl demək olar ki, kimyəvi reaksiyay girmir. Onu yalnız “Çar arağı” (bu xlorid və nitrat turşusundan ibarət xüsusi qarışıqdır) həll etmək olar. Bundan əlavə qızıl sianlı kalium və ya natriumdan ibarət qələvi məhlullarda həll ola bilir.
9. Xalis qızıl (999 əyar) o qədər kövrəkdir ki, ondan hazırlanmış məmulatlar öz formasını saxlaya bilməz. Zərgərlik əşyalarını qızılın digər metallarla xüsusi qarışıqlarından hazırlayırlar. Qatışıqda qızılın xüsusi çəkisisi əyarı müəyyən edən əsas amildir. Məsələn, 585 əyar dedikdə, 1 qramda 0,585 mq qızılın olduğu nəzərdə tutulur.
10. Hazırki dövrdə qızılın dünya bank ehtiyatı 32 min ton həcmində qiymətləndirilir. Əgər bütün bu qızılı bir yerdə qarışdırsaq onda tili 12 metr olan kub alınacaq. Ən iri qızıl ehtiyatına ABŞ (8,1 min ton), Almaniya (3,4 min ton), Beynəlxalq Valyuta Fondu (2,8 min ton) malikdir.