Kanadalı tədqiqatçıların iddia etdiyinə əsasən, qızıl emosional insanlarda ağır depressiyanin yaranmasına səbəb ola bilər.
Mütəxəssislər sübut etmişlər ki, dəyərli metal olan qızıl dəriyə toxunduqda sinir sistemini oyadır, maddələr mübadiləsini ləngidir və depressiyaya qarşı qeyri-sabit psixikaya sahib insanlarda narahatlıq halları yaradır.
Buna baxmayaraq, alimlər qızıldan ümumilikdə uzaq durmağa səsləmir. Lakin bununla yanaşı gecə qızılın çıxarılmasını məsləhət görürlər. Onlar həmçinin xəbərdarlıq edirlər ki, epilepsiya xəstəliyi olan insanlar bəəzk əşyaları taxarkən diqqətli olsunlar. Məsələ ondadır ki, zinət əşyalarının parıltısı pristupların yaranmasına səbəb ola bilər.
Kanadalılar həmçinin qeyd edirlər ki, qızılı gümüşlə əvəz etmək mümkündür. Gümüş qızıldan fərqli olaraq sinir sisteminə müsbət təsir göstərir.
Gümüşdən hazırlanmış boyunbağı, bilərzik və üzük arterial təzyiqin aşa düçməsi üçün gözəl vasitədir.