Cin Allen qızılla çox yaxından tanışdır… Dəqiq desək, qızılı rəngə çalar rənglərlə tanışdır. Allen tikinti üçün boyalar istehsal edən şirkətin müştərək sahibidir və onun müştəriləri çox vaxt məhz qızılı rəng sifariş edirlər.
Lakin investor kimi artıq on illərdir ki bir sadə səbəbdən onun qızılla işi yoxdur: 56 yaşlı Allen qiymətili metala pul qoyduğunun iyirmi il davam edən bir sıra müvəffəqiyyətsizliklərini unutmayıb. “Mən qızıla necə investisiya etməyi bilmirdim, və məsləhətləşdiyim heç bir bankirin bu haqda anlayışı yox idi”, – deyə Allen xatırlayır.
Allenin maliyyə məsləhətçisi də, bu il fikirini dəyişənə və sahibini qızıla pul qoymağa inandırdığı vaxta qədər şübhələnirdi. Beləliklə, Allen ABŞ Sikkəxanasının təzə kəsilmiş qızıl sikkələrinə istər-istəməz 150 min dollar investisiya edərək milyonlarla həmvətənlərinə qoşuldu. O bu investisiyadan artıq bir qədər qazanc əldə edib, lakin bundan heç də tam razı deyil. Ola bilər qızılın qiyməti qalxsın, lakin bu – “risklərdən sığortalanmaqdan artıq bir şey deyil”, deyə o qeyd edir.
Ugg uzunboğaz çəkmələri, Glee serialı və siyasətçi Sara Peylin haqqında unudun, bu mövsümdə amerikalıların yeni dəlilikləri var, onlar qızıl xəstəliyinə tutulublar. Axır vaxt sarı metala olan qiymətlərin bir qədər azalmasına baxmayaraq rekord göstəricilərə yaxınlaşırdılar və bunu hec-fondalrın menecerlərindən başlayaraq bərbərlərə kimi hamı müzakirə edirdi. Həm də adi söhbətlərlə kifayətlənmədilər. Amerikalılar qızıl ehtiyatları əldə etmək həvəsində təcili sikkələr və külçələr alırlar və onları təhlükəsiz görünən bank depozitariyalarında, gizli seyflərdə və digər yerlərdə (ayaqqabı qutusundan bir az təhlükəsiz olan) saxlayırlar. Florida ştatının Boka-Raton şəhərinin ticarət mərkəzlərinin müştəriləri isə hətta qızılı ticarət avtomatlarından ala bilər, həm də belə avtomatların displeylərində qiymətli metalın hər 10 dəqiqədən bir yenilənən qiymət dinamikası əks olunur. Təkcə keçən il ərzində ABŞ əhalisi ümumiyyətlə 100 ton qızıl almışdı, buna isə həftə ərzində orta hesab ilə 81 mln dollar gedirdi. Bu – hələ qızılın qiymət fərqində oynayan fondlara qoyulmaqla sərf edilmiş milyardlarla dolları hesablamadan alınan nəticədir.
Ancaq bunu artıq qızıl xəstəliyi adlandırmaq olmaz, bu hətta investisiya maniyası deyil. Bəli, insanlar qiymətli metalı ciddi miqdarda alırlar, lakin buna çox da sevinmirlər. Onlardan bəziləri qızılın qiymətinin axır on il ərzində kəskin qalxmasını xatırlayırlar və təəssüflənirlər ki onu həddindən artıq gec almağa başlayıblar. Digərləri ehtiyat edir ki quldurların yaxud fırıldaqçıların hədəfinə çevriləcəklər yaxud dostları və qonşuları onları səfeh hesab edəcək. Müştərinin rifahı qayğısı vəzifə borcları olan bəzi maliyyə məsləhətçiləri isə qızıl haqqında hətta söhbət belə açmırlar. “Mən fikirləşmirdim ki, qızıl yaxşı investisiya olsun, amma nəticədə o sadəcə əla investisiya oldu”, – deyərək, öz müştərilərinə sarı metala pul qoymağı ancaq 2009-cı ildə olduqca həvəssiz məsləhət görməyə başlayan maliyyə planlaşdırması üzrə mütəxəssis Dennis R. Marvin razılaşır.
Bundan başqa, qızıl maliyyə məsləhətçiləri üçün tapmaca olmuşdur, o maliyyə davranışı üzrə ekspertlərin şüurlarına yiyələnmişdir və investisiya peşəkarlarını çox hirsləndirmişdir. Qiymətli metal alıcıları ümiddirlər ki ABŞ-ın daxili borcu və xaricdə böhran hadisələri artdıqca onun qiyməti daha yüksək olacaq. Eyni zamanda kim artıq iki bazarın iflasa uğramasından ziyan çəkibsə, narahatdır ki qızıl öz təmtərağını həmin sürətlə də itirəcək. Məhz bu səbəbdən o ictimai fikirdə xüsusi hesabda qalır, eyni zamanda cəlb edir və özündən uzaqlaşdırır.
Amma diqqət edin, bu yaxınlarda investorlar onu səbirsizliklə tez satmaq istəyirdilər . Bu minilliyin əvvəlində bütün dünya üzrə hökumətlər bu aktivdən canını qurtarmaq üçün borclarını qiyməti 1981-ci ildə Ronald Reyqana olan sui-qəsddən sonra daima aşağı düşən qızıl külçələrlə ödəyirdilər. Böyük Britaniya demək olar ki üç il ərzində ölkənin qiymətli metaldan ibarət qızıl ehtiyatının yarısını, 400 min ton sikkələr və külçələr satmışdır. İnvestorlar da buna çox maraqlı deyildilər: 2000-ci ildə onlar bu il şərab almağa ümumi xərclərinin beşdə bir hissəsindən az təşkil edən 3,4 mlrd dollarlıq külçə və sikkə almışdılar. Texasın qızıl satışı üzrə Universal Coin & Bullion şirkətinin prezidenti Maykl Fulcens beysbol oyunu üzrə uşaq liqasında hakim olduğunu xatırlayırdı və çoxları maliyyə planlaşdırılması sahəsində yaxud broker işləyən digər valideyinlərlə ünsiyyətdə olurdu. Onları hamısı bir ağızdan qızıla pul qoymaq ideyasını lağa qoyurdular.
Nəticədə kim ondan canını qurtarmağa çalışırdısa, onu ən əlverişsiz anda yenidən alırdı. 25 avqust 1999-cu ildə qızıl özünün 20 illik ən aşağı həddinə çatdı və qiyməti unsiyaya 252,55 dollar təşkil etdi. Bu zaman kimin isə bəxti gətirib 1min dollarlıq qızıl alsa idi, bu gün onu 5,4 dollara sata bilərdi. Müqayisə üçün: əgər onlar həmən məbləği 500 ən iri S&P 500 şirkətlərinə investisiya etsəydilər indi onlar 1,2 min dollar ala bilərdilər. Qızılın qiymətinin qalxmasının dayandığı yeganə an 2008-ci ilin böhranı idi (burası da var ki, o zaman hər bir aktivlərin qiymətləri kəskin aşağı düşmüşdü). Lakin sarı metal özünün yuxarıya olan hərəkətini sürətlə bərpa etdi. Hal hazırda Fulcens artıq beysbol yarışlarında hakim rolunda çıxış etmir, lakin o xeyriyyə gecələrində, kilsədə, ümumiyyətlə olduğu hər yerdə qızıl haqqında çoxlu sual eşidir. “XXI əsrdə insanlar artıq səhv etməkdən yorulublar”, – deyə o, qeyd edir.
Lakin qızıl dəliliyi amerikalıları bir anda tutmamışdır. 2007-ci ildə ABŞ əhalisi ümumiyyətlə 17 ton 370 mln dollarlıq investisiya qızılı almışdı, bu “Hörümçək-adam-3” filminin biletlərinə xərclədiklərindən bir az çoxdur. Sarı metala vəsait qoyanları ağılsız adam adlandırmasalar də, qəribə adam sayırdılar. Onalrı “qızıl böcəklər” (goldbugs) adlandırır; onlar liberal yazıçı Ayn Rendi sitat gətirirlər və düşünürlər ki hökumətdə olan sui-qəsdçilər qızılın qiymətini bilərəkdən aşağı səviyyədə saxlayır; onlar bu qiymətli metalı yeganə əsl valyuta hesab edirlər; onlar gözlənilən hiperinflyasiyadan narahatdırlar. Və bəzi “qızıl böcəklər” bu stereotipi doğruldurlar, məsələn, bütün yığdığı vəsaiti qızılda saxlayan 41 yaşlı birja analitiki Stiven Uaylder. O, belə qərara dünyanın mərkəzi banklarının ləğv edilməsinə və bütün valyutaların yeganə qızıl standarta bağlanması fikirini müdafiə edən Avstriya iqtisadi məktəbində oxuduqdan sonra gəlmişdir. Uaylder qızılı Nyu-York ştatında olan doğma şəhəri Katonda deyil, Sürixdə saxlayır. “Mənə elə gəlir ki, çoxları mənim bir az ağılsiz olduğum haqqında düşünürlər”, – deyə o təsdiq edir.
Bununla belə, daima dövlət defisitini artıran Amerika hökuməti investorları stereotiplər qorxusundan çəkilməyə və sarı metala defisitdən və yüksək inflyasiyadan sığortalanmaq kimi baxmağa məcbur etmişdir. Nyu-Cersi ştatından olan 72 yaşlı investor Co Karni ABŞ hökuməti iqtisadiyyatın stimullaşdırmasına 800 mlrd dollar ayırdığına kimi heç vaxt qızıla vəsait qoymaq haqqında düşünməmişdir. “Biz sadəcə pul çap edirik və bunun uzun müddətli perspektivdə nəyə gətirəcəyi haqda tamamilə düşünmürük”, – deyərək o şikayətlənir.
Lakin qiymətli metalın özünün alınması dünyada qızıl külçələrin və sikkələrin ancaq səkkizdə bir hissəsinə sahib olan amerikanları çox da ruhlandırmır, çünki qızıla sahib olmaq tamamilə əsaslanan narahatçılığa gətirib çıxarır: bank seyflərinin icarəsi çox vaxt həddindən artıq baha olur, cinayətkarlar da qızılın saxlanıldığı yerə soxula bilərlər. Belə ki, Atlanta şəhərinin 51 yaşlı sakini Prays Hardinq sarı metaldan 30 ildən çox özünü uzaq saxlayırdı, çünki bir dəfə onun evinə quldurlar soxulub ona və onun ailəsinə silahla hədə qorxu gələrək onun ailə biznesinə məxsus qızılı oğurlamışdılar. “Qızıla sahib olmaq arxasınca mənim ailəmi təhlükəyə uğratmaq istəmədiyim riskə gətirib gətirir”, – deyərək Hardinq izah edir.
Lakin 2009-cu ildə o investisiya portfelinin 10%-ni sarı metala qoymağa başladı. Bununla belə, sarı metalı “əlində saxlamaq” ideyası onu həvəsləndirmirdi. Milyonlarla digər investorlar kimi o, birjada satılan və qızıl aktivləri qiymətli kağızlar vasitəsi ilə almağa imkan verən pay fondalrının (ETF adlanan) səhmərini alaraq qızıla investisiya etmişdir. Bu ETF-lər hələ 2004-cü ildə mövcud deyildilər, lakin hal hazırda onlara ümumiyyətlə artıq 50 mlrd dollardan çox aktivlər qoyulmuşdur. “Belə vasitələr yarandıqdan əvvəl qızıl insanlar üçün nəsə bahalı marka kolleksiyası kimi idi. İndi isə bu onların investisiya portfellərinə daxildir”, – deyərək World Gold-un Amerika şöbəsinin idarə edici direktoru Ceymason Tussent danışır. Bütün dünyanın maliyyə məsləhətçiləri belə vasitələri bəyəndilər, çünki bu insanları qiymətli metal ticarətinə cəlb etmək üçün ən sadə üsullardan biridir, deyə Atlantadan olan Ronald Blue & Co şirkətinin maliyyə planlaşdırması üzrə mütəsəssisi Qreq Gerbert izah edir.
Yuxarıda sadalananları ümumiləşdirsək, qızıl investisiyalar belə “parlaqdırmı”? Qiymətli metala olan hazırki qiymətlər həddindən artıq yüksəkdir və hər bir 30 yaşına qədər olan gənclərin yaddaşında bu ən yüksək qiymət kimi qalacaq. Lakin inflyasiyanı nəzərə alsaq, bu qiymətlər 1980-cı ildə daha yüksək olmuşdur. Misilsiz yüksək göstəriciyə çatmaq üçün sarı metal 1 unsiyaya 2 min dollar qiymətində olmalıdır. Hələ on il əvvəl belə rəqəmlər ağılsız görünürdülər, lakin bu gün peşəkar invostarlar tərəfindən unsiyaya 10 min dollar proqnozu tamamilə real görünür. Qiymətlər xüsusilə 11 sentyabr 2001-ci ildən sonra sıçramışdılar, sonra İraqda, Yaxın Şərqdə və Şimali Koreyada baş verən münaqişələr haqqında olan xəbərlər zamanı daha aşağı səviyyəli sıçrayışlar baş vermişdi.
Qızıla olan qiymətlər dollara da bağlıdırlar: “yaşıl” nə qədər zəidirsə “sarı” o qədər bahadır. Qiymətli metala vəsait qoymağın tərəfdarları ABŞ-ın faiz dərəcələrinin ən aşağı səviyyədə Federal Ehtiyat Sistemi tərəfindən həyata keçirilən süni faiz dərəcələrinin saxlaması siyasətinə qoyulmuş çox böyük daxili defisitini (bu ilin nəticələrinə 1,5 trln dollar səviyyəsində gözlənilən) görürlər. Bunlar hamısı zaman keçdikdən sonra dolların kəskin enməsinə gətirib çıxaracaq. “Qızıl Ben Bernankeyə və FES-ə qarşı durmaq üsuludur”, – deyə The Daily Reckoning maliyyə yenilikləri resursunun təsisçisi Bill Bonner təsdiqləyir. Sarı metala ümumdünya tələbatı da (istər zərgər əşyaları, külçələr yaxud pay investisiya fondlarının qiymətli kağızları olsun) qızılın qiymətlərini qıcıqlandırır. Bu metal getdikcə Asiyada məhşurlaşmağa başlayır, daha çox isə Hindistanda, Çində və hətta Tailandda. Məsələn, keçən yay Tailand Krallığının əhalisi investisiya qızılını amerikalılar qədər almışdılar.
Bunların hamısına baxmayaraq, onu qiymətli kağızlarla müqayisə etsək, qızıl hələ də çox baha deyil, bu haqda The Leutold Group-un tədqiqatlarının nəticələri xəbər verir. Bununla belə ekzotik vasitələrə pul qoymaqla yaxşı qazanc əldə etməyə oyrəşmiş bəzi təmin olunmuş investorlar artıq çox iri qızıl aktivləri formalaşdırıblar. Məsələn, əfsanəvi varlı və tanınmış, daşınmaz əmlak bazarının dağılmasını əvvəlcədən deyən Paulson & Co. hec-fondu qızıl ETF-rə artıq 4 mlrd dollardan çox vəsait qoymuşdur. Eləcə də adları tez tez eşidilənlər sırasında olanlardan – hec-fondalrın meneceri Devid Aynxorn və multimilyonçu Circ Soros sarı metala aktiv investisiya qoyurlar. Xırda investorlardan birinci olaraq ticarət avtomatından nağd pula (qurğu plastik kart qəbul etmir) qızıl külçə alanlar dediyimiz Floridanın Boka-Raton şəhərindən pensiyaçı ər-arvad Florens və Milton Şnayderlər olmuşdular. Külçə onlara 122 dollara başa gəldi, iki həftədən sonra isə Florens saçını kəsdirmək istədi və ticarət mərkəzinə qayıtdı, burada avtomatda külçələr artıq 123 dollar qiymətində idilər. “Bu bizə qazanc gətirdi”, – deyə Florens sevinir.
Əlbəttə, peşəkar investorlar hesab edirlər ki qiymətli metala olan qiymətlərin aşağı düşməsi qətiyyən qaçılmaz deyil. Nəhayət qızıl həm də xammaldır, onun qiyməti hasilat həcmindən asılıdır. Son bir neçə il ərzində qızılçıxarma şaxtalarına milyardlarla dollar vəsait qoyulmuşdur və bir qədər vaxt keçdikdən sonra təklif tələbi üstələyəcək. Həqiqətən də, Ümumdünya qızıl şurasının (World Gold Council) məlumatına görə qiymətli metalın hasilatı 2007-ci ildən başlayaraq daim artır. Digər investorlar Böyük depressiyadan sonra baş verən iqtisadiyyat haqqındadanışarkən, ən böyük narahatçılıq dalğası azalan kimi qızıl köpüyünün partlayacağını qabaqcadan deyirlər. Keçmiş fond rəhbəri, indi isə yazıçı Ceyson Apollo Boss yaxın iki il ərzində sarı metalın iri həcmdə satışını və onun qiymətinin iki dəfə düşəcəyini qabaqcadan deyir. “İnsanların həyəcanına əsaslanan şeylərə investisya etməyi xoşlamıram”, – deyə Boss əlavə edir.
Elə burada qızılın nəyə görə bu qədər cəlbedici olması aydın olur. Və o qədər müəmmalı olması… Onun öz praktiki qiyməti var (il ərzində elektonikanın ehtiyacına, stomatologiya təcrübəsinə və digər istehsalat sahələrinə 400 ton qızıl tələb olunur). Lakin ekspertlərin çoxları bir ümumi fikrə gəlirlər ki, qızıla olan qiymətlər ola bilsin insanın dünya hadisələrini dərk eləməsindən, inflyasiya və valyutalar məzənnəsindən, onun gözəl və nadir olmasından formalaşır. Sarı metal nə qazanc vermir, nə faiz ödəmir. Onun “real valyuta” olması söhbətlərinə gəldikdə isə çətin ki, qızıl külçə ilə ödəyib bir paket süd ala biləcəyiniz mağaza tapasız. Bu, qızılın hətta ən sədaqətli pərəstişkarlarını da çaşdırır. Janney Montgomery Scott şirkətinin baş investisiya strateqi Mark Luşini 2 milyardlıq fonda başçılıq edir və qızıla bütün investisya portfelinin 3-5% ayırmağa məsləhət görür. Qiymətli metalın vəsait qoyulmağa yararlı olmasına inanması üçün ona 10 il vaxt lazım gəldi, o hələ də qızılın qiymətlərinin 1980-ci və 1990-cı illərdə necə aşağı düşdüyünü xatırlayır. Sarı metalın qiyməti 1,4 min dollara yüksəldiyi kimi, 1 min dollardan aşağı düşə də bilər, və hər iki variant tamamilə realdır. “Bəzən qiymətlərin hara – yuxarı ya aşağı gedəcəyi tamamilə fərqsiz olur”, – deyə Luşini fikrini tamamlayır.