36 C
Baku
Tuesday, August 16, 2022

Qızıl istehsalçısı Azərbaycan banklarına borcunu açıqlayıb

Azərbaycanda qızıl hasilatı ilə məşğul olan “Anglo-Asian Mining” şirkətinin xalis borcu 2016-cı ilin yekunu ilə müqayisədə 2 mln. dollar və ya 5,7% azalaraq 2017-ci il martın 31-nə 335,1 mln. dollar təşkil edib.

Report agentliyi bu barədə şirkətə istinadən xəbər verir.

Bu müddətdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) kredit borcu 1 mln. dollar və ya 15,6% azalaraq 5,4 mln. dollar olub. Bununla yanaşı, bankın şirkətə şirkətə açdığı kredit xətti isə 0,5 mln. dollardan 1,3 mln. dollara yüksəlib. Bundan başqa, I rübdə 0,5 mln. dollarlıq kredit məktubu (akkreditiv) imzalanıb.

Şirkətin “PAŞA Bank” ASC-yə borcu isə 2 mln. dollar və ya 33,9% azalaraq martın 31-nə 3,9 mln. manat olub. Martın 31-nə əsasən, şirkətin “Kapital Bank” ASC-yə kredit borcu dəyişməyərək 1 mln. dollar qalıb. Birinci rübdə “Anglo-Asian Mining” şirkətinin “YapıKredi Bank”a borcu 2,3 mln. manat və ya 4 dəfə artaraq martın 31-nə 3,0 mln. dollara çatıb.

Ümumilikdə, 2017-cı il martın 31-nə şirkətin borcu aşağıdakı şəkildə olub:

Kreditorlar Borc (mln. dollar)
Amsterdam Trade Bank – Agitation plant loan 7,4
Gazprombank – Agitation plant loan 7,4
International Bank of Azerbaijan – loan 5,4
International Bank of Azerbaijan – credit line 1,3
International Bank of Azerbaijan – letter of credit 0,5
Atlas Copco equipment finance loan 0,7
YapiKredit 3,0
Pasha Bank 3,9
Kapital bank 1,0
Director 3,8
Total loans 34,4
Cash on hand and at bank (1,3)
Net debt 33,1

Xatırladaq ki, “Gədəbəy” yatağında qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış Hasilatın Pay Bölgüsü (PSA – Production Sharing Agreement) müqaviləsi çərçivəsində hasil olunur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir. “Gədəbəy” yatağında ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə başlanıb.

Son xəbərlər
Oxşar xəbərlər