14 C
Baku
Monday, November 3, 2025

Qızıl ixracı avqustda birinci yeri tutub

2020-ci ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (167 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 124,4 milyon ABŞ dolları)  ikinci və pambıq mahlıcı  (78,6 milyon ABŞ dolları) üçüncü olub.

Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin sentyabr sayında məlumat verilib.

2020-ci ilin avqust ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (28 milyon) birinci, pambıq mahlıcı (6 milyon ABŞ dolları) ikinci, emal olunmamış aşqarlanmamış alüminium – (5,4 milyon ABŞ dolları ) üçüncü yerdə qərarlaşıb.

Son xəbərlər
Digər xəbərlər