12 C
Baku
Wednesday, December 11, 2024

Qızıl: “köpük”, yoxsa yaxşı investisiya?

Los-Ancelesdən olan ər-arvad Şantey və Konrad Brices uzun illər, hətta “sarı metal” yüksəlməyə başlayanda belə qızıla investisiya qoymurdular.

 Həmin an onlar bu aktivi yüksək qiymətə alıb sonra isə aşağı qiymətə satmaq istəmirdilər. Lakin bu yaxınlarda onlar öz fikirlərini dəyişdilər və qərara gəldilər ki, qızıl dəyərli vəsait yerləşdirmə vasitəsidir.  “Dollar qiymətdə itirir və əgər qızıl almaq lazımdırsa, bunu indi etmək lazımdır. Çünki bu gün o nə qədər baha olsa da, sonra qiymətdə daha çox artacaq”, – deyə, daşınmaz əmlak üzrə mütəxəssis Şantey izah edir. 

Belə investorları “qızıl dininə yeni qəbul edilmiş” adlandırmaq olar.  Keçən həftə ABŞ-ın kredit reytinqinin azaldılmasından sonra fond bazarlarında baş verən dəyişikliklər hətta “sarı metala” çox şübhə ilə yanaşanları öz fikirlərini dəyişməyə məcbur etdi.  10 avqust üçün fond bazarlarında qiymətli metallara vəsaitlərin ümumi yerləşdirilməsinin miqdarı 2 mlrd dollar həddə çatmışdır. Ümumilikdə isə qiymətli metallara investisiyalar beş həftə ərzində daim artır, baxmayaraq ki bu ilin may-iyun aylarında əksinə, belə aktivlərə vəsait yerləşdirilməsinin əks istiqamətdə axını müşahidə olunurdu, bu haqda Lipper tədqiqat şirkətinin məlumatları xəbər verir.   Qızıl alverində ixtisaslaşmış Goldline International şirkətinin baş icraçı direktoru Skott Karterin sozlərinə görə isə, ABŞ-ın reytinqinin azaldılması anından satış 20% artmışdır. “Sadə amerikalılar daha çox qızıl bazarına qədəm qoyurlar”, – deyə, MF Global şirkətinin bazarlar üzrə baş strateqi Fil Ştraybl təsdiq edir.

Çox investorlar üçün bu “qızıl həyəcanı” əks trendin tərəfini saxlamağın lazım olduğunun aşkar  əlamətidir. Əgər hər şeydən şübhələnmək fikrindən dönməyən insanlar “sarı metalı” almağa başlayıblarsa, bu, –  aktivin bazar “köpüyünə” çevrilməsi deməkdir.  Buna bəzi faktlar da işarə edir: belə ki, qiymətli metala olan qiymətlər keçən həftə CME Group fyuçers meydançası “sarı metal” alveri edən investorlar qarşısında girovun həcmini artırmaq tələbi qoyduqdan sonra bu yaxınlarda 1 unsiyaya 1 780 dollar rekorddan sonra 2% azalmışdı.  Buna baxmayaraq, qızıl qiymətlər bazar ertəsindən çərşənbə axşamına 42 dollar yığaraq yenə yuxarı qalxaraq nəticədə 1 unsiyaya 1 782 dollar həddinə çatdı.   “İnvestorlar üçün qiymətləri sonra qalxan aktivləri almaq arzusu həmişə cazibəedici olub, lakin bu cazibə bu gün qızıla pul qoymaq üçün səbəb deyil”, – deyə, Nyu-Yorkun Gerstein Fişer investisiya şirkətinin baş investoru Qreq Fişer xəbərdar edir.

Lakin “sarı metala” pərəstiş edən (onları çox vaxt “qızıl böcəklər” adlandırırlar) həm əvvəlki, həm də yeni investorlar hələ də qiymətli metalın yeni qiymət zirvələrini fəth edəcəyinə inanırlar. Qızılın qiymətinin iqtisadi qarışıqlıq və yüksək inflyasiya zamanı (ABŞ-da isə bu iki faktor daha çox göz qabağındadır) daha çox qalxdığı səbəbdən investorlar bu aktivə qiymətlərin qalxmasını gözləyirlər. Cari ilin əvvəlindən bu günə kimi bu qiymətlər artıq 25% qalxıb. Məsələn, JPMorgan Chase bankının proqnozuna görə, qızıl qiymətlər artıq cari ilin sonuna 1 unsiyaya 2 500 dollar həddini keçəcəklər. Əgər inflyasiyanı nəzərə alsaq qiymətli metallara olan  qiymətlər 1980-ci ildə bütün zamanların mütləq rekordu olan 1 unsiyaya 2 400 dollar həddini keçəcəklər.

İnvestorların çoxu Briceslər cütlüyü kimi qızılı qənaət edib topladıqları vəsaiti dolların enməsi hadisəsi baş verdiyi halda hecləmək üçün istifadə edirlər. Onlar “sarı metala” bütün aktivlərinin 10%-ni keçirmək qərarına gəliblər. Keçən həftə Amerika valyutası ilə bağlı təhlükələr, ABŞ-ın FES-in baza faiz dərəcəsini ən azı 2013-cu ilə qədər sıfır səviyyəsində saxlaması və pul-kredit siyasətinin yumşaldılmasının yeni mərhələsinə işarə etməsi haqqında bəyanat verdiyindən sonra, xüsusilə güclü idi. İqtisadiyyatın artımına təkan vermək üçün istiqamətlənən bu tədbirlər eləcə də dolların enməsinə təkan verəcək, deyə Absolute Investment Management investşirkətinin idarə edici direktoru Robert Videmer izah edir.  Ekspertin dediyinə görə, son bir neçə həftə ərzində onun müştərilərinin qiymətli metallara qoyduqları vəsait 20%-dən 22%-ə kimi artmışdır.

Digər “yeni din qəbul edənlər” üçün qızıl almaq ancaq narahat bazara reaksiyalarıdır. Belə ki, Böyük Britaniyadan bir musiqi leyblının 28 yaşlı idarə edəni Despa Robinson öz investportfelində qızıl aktivlərinin miqdarını son iki həftə ərzində 35%-ə kimi artırmışdır. “Fond bazarı sabit deyil, mən isə sadəcə öz pullarımı qoruyub saxlamaq istəyirəm”, – deyə o izah edir.

Lakin, hətta metal investisiya pərəstişkarları yenə də öz risklərini hecləyirlər. Məsələn, USAA Financial Planning Services şirkətinin kapitalın idarə edilməsi üzrə mütəxəssisi Haydi Şmidt bazarların sabitləşməsinə kimi “sarı metala” olan rekord qiymətlərdən qazanc əldə etmək üçün, qiymətli kağızların qiymətlərini təyin etməsindən itkiləri kompensasiya etmək və sadəcə öz vəsaitini qorumaq üçün istifadə etmişdir. Müştərilərinin 10%-i artıq aktivlərini xammal aktivlərinə, o cümlədən qızıla qoyan Şmidt, qeyd edir ki, bəzi investorlar portfellərində qızılın payını artırmaq xahişini edirlər.  İdarəedici onlara aktivlərinin qiymətli metaldan digər aktivlərə keçirmək xidmətini təklif etməyi planlaşdırır.

İlk dəfə qızıl alan investorlara, investstrateq Ştraybl yavaş-yavaş və tədricən hərəkət etməyi məsləhət görür.  Məsələn, hər ay qiymətli kağızların payının portfeldə fiksaj edilməmiş gəlirini 0,5% azaltmaq olar və bu vəsaitləri qızıla yaxud digər qiymətli metallara köçürmək olar. Qızıl külçələr almaqdansa qızıl ticarəti ilə məşğul olan pay fondlarının kağızlarını almağa dəyər, kağızları saxlamaq asandır, qiyməti isə qızıl ilə eynidir. Brokerlər vasitəsi ilə qızıl fyuçerslərə də vəsait qoymağın mənası var; belə derivativlər investora aktivi müəyyən qiymətə almaq və qiymətli metalın qiymətinin təyin edilməsini izləmək imkanı verir. Lakin analitiklər xəbərdar edirlər ki, uzun müddət çəkən ralliyə baxmayaraq, qızıl tədricən qiymətdən aşağı enə bilər. Digər risklər ondan ibarətdir ki, o heç bir gəlir gətirmir və bəzən onu satmaq çətin olur. “Qızıl hər kəsin edə biləcəyi investisya deyil. Bu hər an sizin hesablarınızı ödəmək üçün mümkün olan pul deyil”, – deyə, Karter yekunlaşdırır.

Son xəbərlər
Digər xəbərlər