6 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

Bankirdən açıqlama: “Qızıl və gümüş məhsulların ilk satış və mübadilə mərkəzi yaradılacaq”

Zərgərlik bazarının təşviq edilməsi və bu sahədə ikinci əl bazarının “kölgə iqtisadiyyatı”ndan çıxarılmasına töhfə verilməsi məqsədilə “AzerGold”un istehsal etdiyi qızıl və gümüş məhsulların ilk satış və mübadilə mərkəzinin yaradılması nəzərdə tutulur.

Bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov zərgərlik fəaliyyəti: mövcud vəziyyət və perspektivlər” mövzusunda biznes forumda bildirib.

Onun sözlərinə görə, mərkəzdə “AzerGold”un istehsalı olan sikkə və külçələrin qızılın dünya birjasındakı cari qiymətinə uyğun, minimal mənfəət marjası ilə satışı həyata keçiriləcək. Əlavə olaraq sözügedən mərkəzdə ilk dəfə Cəmiyyətin istehsalı olan külçələrin, qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı təmin ediləcək”.

Mənbə:report.az
Son xəbərlər
Oxşar xəbərlər