2 C
Baku
Saturday, December 14, 2024

Qızıl və almaz ehtiyatları 20 ilə tükənəcək

Goldman Sachs analitiklərinin hesablamalarına görə, aşkar edilmiş platin, mis və nikel yataqları 40 ildən sonra tükənəcək. Bundan əlavə, bankın proqnozuna əsasən, əvvəllər aşkar edilmiş və tədqiq edilmiş qızıl yataqlarındakı ehtiyat hələ 20 ilə yaxın bir müddətə kifayət edəcək. Bu isə o deməkdir ki, qızıl qiymətləri artacaq.

Market Watch nəşri bankın analitiklərindən biri olan Yucin Kinqin iddialarını nəşr etmişdir. O demişdir: “ Bazar iştirakçıları yeni yataqların açılması ehtimalına bir o qədər də çox ümid bəsləmirlər. Bu da həmin məhsulların qiymətinin artmasına səbəb olur. Nümunə olaraq almazları götürək. Almazın real dəyəri bir o qədər də çox deyil. Almazın dəyərinin baha olmasına səbəb insnaların onun nadir qiymətli daş və unikal olmasına inanmaqlarıdır”.

Bundan əlavə, proqnozlara əsasən, artıq 2015-ci ildə dünya üzrə emal edilən qızıl həcmi enmədən öncə özünün pik nöqtəsinə çatacaq.

Əvvəllər Kanadanın dünya üzrə nəhəng qızıl istehsalçılarından biri Goldcorp şirkəti oxşar proqnoz ilə çıxış etmişdi. Onun verdiyi məlumatlara görə, 2015-ci ildə dünya üzrə qızıl istehsalatı pik nöqtəyə çatacaq.

USAGOLD şirkətinin analitiki Piter Grant isə bildirmişdir: “Əldə edilən qızıl həcmi uzun illərdir sabit olaraq qalsa da, bütün bu illər ərzində aşkar edilmiş yataqların sayı azalmaqdadır. Və biz növbəti illərdə qızılın emal edilməsi məsələsində pik nöqtəyə nail olsaq, güman etmək olar ki, bu qızıl qiymətlərinə müsbət təsir edəcək.

Son xəbərlər
Digər xəbərlər