13 C
Baku
Saturday, November 23, 2024

Qızıl və brilyantın əyarı necə təyin olunur?

Qanuna əsasən bütün zərgərlik məmulatlarının üzərində onların əyarı əks olunmalıdır, əyar istifadə olunan qızılın keyfiyyətinin göstəricisidir. Istifadəçi aldığı qızılın hansı keyfiyyətdə olduğunu bilməlidir. Şimali Amerikada hazırlanmış bəzək əşyaları adətən karatların sayı ilə fərqlənir (10 K, 14 K və s), italyan məmulatlarının isə «əyarları» olur, (məsələn 417, 583 əyarlı qızıl). Pərakəndə satışda olan qızılların əksəriyyəti 9-18 karat arasında olur. ABŞ-da satılan zərgərlik əşyaların üçün minimal karat ölçüsü 10-dur, Böyük Britaniyada isə satışda 9 karatlı qızıllara rast gəlmək mümkündür. 

Ənənəvi olaraq, qızılın əyarı Britaniya karat sistemi ilə ölçülür. 1 Britaniya karatı qızıl ərintisinin 24-də 1 hissəsinə bərabərdir. 24 karatlı qızıl (24K) xalis, heç bir qatqısı olmayan qızıldır.

Qızılın müxtəlif məqsədlərlə istifadəsi zamanı (məsələn möhkəmliyini artırmaq) onun xarakterik xüsusiyyətlərini dəyişmək üçün tərkibinə müxtəlif qarışıqlar qatılan ərintilər hazırlayırlar. Məsələn 18 karatlı qızıl (18 K) ərintinin tərkibində 18 hissə qızıl və 6 hissə qatqı olduğunu göstərir.

24 rəqəmi ilk öncə təmiz qızılı nişanlamaq məqsədi ilə seçilmişdi. Çünki onu çox asanlıqla, qalıqsız şəkildə  2, 3, 4, 6, 8 və 12-yə bölmək olardı. Beləliklə 12 karatlı qızılın təmizlik dərəcəsi 50% olacaqdır, 16 karat isə qızılın təmizliyi isə üçdə iki cıvarındadır və s. Deməli 9-karatlı qızılın təmizliyi səkkizdə üç, 18 karatlı qızıl isə səkkizdə altı və ya dörddə üç olacaqdır (75%).

«Troy» unsiyası anlayışı

Bu termin Fransadakı Trua (Troyes) şəhərinin adından götürülüb. Hal-hazırda bank və zərgərlik işində qiymətli metalların çəkisinin ölçülməsi üçün, həmçinin bəzi digər sahələrdə, məsələn kosmetika biznesində xüsusi dəyərli inqrediyentlərin çəkisini müəyyən etmək üçün istifadə olunur.

Müvafiq olaraq qızıl, gümüş, platin və palladium üçün bir troy unsiyasının beynəlxalq abreviaturası belədir: XAU, XAG, XPT, XPD.
Bir troy unsiyası 1,09714 (yəni 9,714 faiz daha çox) averdüpua unsiyasına bərabərdir (adi Britaniya  ölçü sistemi ilə), bir kiloqram isə 32,1507466  troy unsiyasından ibarətdir.

Mümkünsə, azacıq ölçülü qızıl və gümüş alarkən adi unsiya ilə troy unsiyası arasındakı fərqə diqqət yetirin.

«Karat» («carat») termininin izahatı

Bu termin qiymətli daşların, o cümlədən də brilyantın çəki vahidini təsvir etmək üçün istifadə olunur, burada 1 karat 200 milliqrama bərabər tutulur. Başqa sözlərlə 1 karat –bir qramın beş də bir hissəsinə bərabərdir. Daha xırda brilyantlar isə karatla deyil

Ya da  bir qramın beş də bir hissəsinə bərabərdir. Daha xırda brilyantlar isə karatla deyil vahidlərlə ölçülür, bu zaman 100 vahid 1 karata bərabər olur (yəni hər bir vahid karatın yüzdə bir hissəsinə bərabər olur, bu da 0,01 karat deməkdir.

«Karat» sözünün mənşəyi

«Karat» sözü öz başlanğıcını yunan mənşəli «keration» sözündən götürür, buda  keçibuynuzu bitkisinin meyvəsinə anlamına gəlir. Bu ağacın toxumları eyni ölçülü olduğu üçün, müəyyən müddət keçdikdən sonra qiymətli daşların çəkisini müəyyən etmək üçün ölçü vahidi kimi işlədilməyə başlayır. Həmin ağacın orta ölçü toxumunun çəkisi 200 milliqram olduğu üçün, bir karat da 200 milliqrama bərabərdir.

Karatın abreviaturası

«ct» abreviaturası karat anlayışını ixtisar edilmiş formada bildirmək üçün istifadə olunur və bir brilyantın ölçüsünə aid edilir. «ct TW» abreviaturası zərgərlik əşyasında istifadə olunan bütün brilyantların ümumu çəkinin karatlarla ifadəsidir.

Karatlarla çəki və həcm

Karat digər bahalı daşların çəkisini də ölçmək üçün istifadə olunur, amma eyni çəkidə olan müxtəlif qiymətli daşlar heç də həmişə eyni boyda, yəni eyni həcmdə olmur. Onların bəzilərində sıxlıq daha böyük olur, yəni onlar az məkan tutsalar da, daha çox çəkiyə malik olurlar.

İki eyni karat çəkisinə malik olan brilyantlar tamamı ilə fərqli qiymətə ola bilər, burda bir sıra digər faktorlar da mühüm rol oynayır.(bu daşın kəsimi, rəng, təmizlik və s ola bilər) Çəkini karatla müəyyən edərkən kiminlə iş gördüyünü bilmək çox vacibdir.

Karatla ölçü nə qədər böyük olarsa, brilyantın qiyməti də bir o qədər çox olar. Niyə? Çünki brilyant nə qədər böyükdürsə, demək ona rast gəlmək şansları bir o qədər azdır. Kortəbii halda tapılan, emal edilməmiş almazlardan milyonda biri yetərincə böyük olur ki, üzərində işləndikdən sonra 1karatlıq brilyant çəkisinə malik olsun. Beləliklə karatla ölçü böyük olduqda, nəinki əşyanın ümumi dəyəri, həm də bir karata görə olan qiymət də qalxır.

Yekun

İndi siz müxtəlif variantlarda tətbiq edilən karat sözünün mənasını daha yaxşı dərk edirsiniz. (ümid edirəm ki, siz «karat» sözünü «carrot» ilə səhv salmayacaqsınız, çünki carrot- yerkökü deməkdir və bu məqaləni oxuyana qədər artıq adi unsiyanın nə demək olduğundan xəbərdar idiniz.

Unsiya (lat. uncia) — kütlə ölçülməsi üçün istifadə olunun bir neçə ölçü vahididir. Unsiya digər bir vahidin 12-də bir hissəsinə bərabərdir. Termin öz başlanğıcını qədim Romadan götürür, həmin vaxtlar unsiya pul vahidi olan librin 12-də bir hissəsini bildirirdi. O, orta əsrlərdə Avropada əsas çəki vahidlərindən biri olub. Bu gün isə qiymətli metallar ticarətində -troy unsiyası, həmçinin funt ölçü sisteminin tətbiq edildiyi ölkələrdə (məsələn ABŞ) çəki vahidi kimi istifadə olunur. Bir averdüpua unsiyası 28,35 qramdı

Son xəbərlər
Digər xəbərlər