7 C
Baku
Monday, December 22, 2025

Qızıl və gümüş fyuçersləri rekord həddə çatıb

“Comex” birjasında (Nyu-York Əmtəə Birjasının bölməsi) qızıl və gümüş fyuçerslərinin qiymətləri tarixi maksimumları yeniləyərək müvafiq olaraq bir troya unsiyası üçün 4 425 ABŞ dollarını və 69,5 ABŞ dollarını keçib. Bu barədə ticarət platformasının məlumatları göstərir.

Bakı vaxtı ilə saat 08:17-yə olan məlumata görə, 2026-cı ilin fevralında tədarük ediləcək qızıl fyuçerslərinin qiyməti 0,94% artaraq bir troya unsiyası üçün 4 428,5 dollara çatıb. 2026-cı ilin martında tədarük ediləcək gümüş fyuçerslərinin qiyməti isə 3,01% yüksələrək bir troya unsiyası üçün 69,52 dollar olub.

2025-ci ilin əvvəlindən etibarən qızıl fyuçersləri 62,82% bahalaşıb, gümüş fyuçerslərinin qiyməti isə iki dəfədən çox artaraq 137,27% yüksəlib.

Son xəbərlər
Digər xəbərlər