Qızıl və gümüş fyuçerslərinin qiyməti düşməyə davam edir

Qiymətli metallar — qızıl və gümüş üzrə fyuçerslərin qiyməti “Comex” birjasında (NYMEX-in bölməsi) kəskin azalma nümayiş etdirir. Bu barədə ticarət platformasının məlumatları göstərir.

Bakı vaxtı ilə 10:53-ə olan məlumata görə, 2026-cı ilin aprel ayı üzrə qızıl fyuçerslərinin qiyməti “Comex” birjasında bir troya unsiyası üçün 4 749 dollar (-3,01%) təşkil edib və fevralın 5-dən bəri ilk dəfə 4 750 dollar səviyyəsindən aşağı düşüb. 2026-cı ilin may ayı üzrə gümüş fyuçersləri isə bir troya unsiyası üçün 71,81 dollar (-7,45%) səviyyəsində olub və fevralın 17-dən bəri ilk dəfə 72 dolların altına enib.

Bakı vaxtı ilə 11:11-ə olan məlumata görə, qızılın ucuzlaşması bir qədər zəifləyərək 4 780,6 dollar (-2,36%) səviyyəsinə, gümüşün qiyməti isə 72,635 dollar (-6,39%) səviyyəsinə yüksəlib.

Son xəbərlər
Digər xəbərlər