26 C
Baku
Wednesday, April 24, 2024

Qızıl və gümüşün qiymətləri necə dəyişir?

Müəllif: Rüfət Axundov Müstəqil Treyder

Bazarlar-arası analizin gücünə şübhə etməyin azad seçim olduğuna inanıram, amma bu şübhənin kiməsə faydalı olduğuna şübhə edirəm. Intermarket analysis (bazarlar-arası analiz), hər bir treyderin arsenalında mövcud olması mütləq olan silahlardandır. Növbəti şəkildə siz üç qiymətin müqayisəsini görürsünüz Tünd narıncı rəng qızılın, yaşıl rəng gümüş, açıq narıncı rəng isə “Philadelphia Stock Exchange Gold and Silver Index” adlanan bir indeksi göstərir. Qızıl və gümüşün nə demək olduğunu izah etməyə ehtiyac yoxdur. Amma Philadelphia Stock Exchange Gold and Silver Index barəsində bir iki kəlmə danışmaq istərdim.

Adından məlum olduğu kimi, bu indeks Filadelfiya səhm mübadilə məntəqəsində ticarət olunur və qızıl/gümüş istehsalı ilə məşğul olan 16 nəhəng şirkətin səhmlərinin qiymətindən ibarətdir. Həmin səhmlərin qiyməti, daha doğrusu onların qiymətinin vəziyyəti bu indeksin qiymətinə bir-başa təsir edir. Sözü gedən səhmlər yüksələndə indeks yüksəlir, enəndə isə indeks enişə məruz qalır. Futures bazarında qiymətli metal ticarəti ilə məşğul olan treyderler bu indeksi çox yaxından izləyirlər, çünki bu indeks bir çox hallarda qızıl və gümüşün qiymət hərəkətini qabaqlayır. Bu indeksdən müxtəlif formalarda faydalanmaq olar. Təbii ki, hər kəsin özünəməxsus analiz və ticarət aparma tərzi vardır, başqası üçün bu bir o qədər də faydalı görünməyə bilər.

482624 167382296745028 106309489 nHazırda qızıl və gümüş bazarında maraqlı vəziyyət yaranmaqdadır. Son 5 ay ərzində 200 dollar ucuzlaşan qızıl 2013-cu il başlar -başlamaz, 1991-ci ildən bu günə qədər, özünün ən zəif ilinə start verib. Son günlərə bu əmtəə, təqribən 1563 dollar ərazisində yerləşən dəstək zonasındadır. Qiymətində xeyli ucuzlaşmaya məruz qalmış gümüş, bu məsələdə qızıldan geridə qalmır. Qeyd etdiklərim, bu iki metalın hazırda nəzərə çarpan bazar vəziyyətidir.

Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, son illər ərzində gümüş və qızıl, hansının daha öncə baş verməsindən asılı olmayaraq, qiymət dəyişikliyində adətən biri digərini qabaqlayan indikator kimi çıxış edib. Bu o deməkdir ki, bir çox hallarda, qızıl özünün X tarixinə təsadüf edən minimumunu enərək keçibsə və gümüş özünün həmin tarixə təsadüf edən minimumunu keçə bilməyibsə, yekunda hər iki metalın qiyməti yüksəlişlə nəticələnib. Eyni məsələ həm də maksimumlara aiddir. Amma dediyim kimi, hansının birinci, hansının isə ikinci gəlməsi fərq etmir. Vacib məsələ, bu iki bu iki qiymətli metalın qiymətləri arasında olan korrelyasiyadır. Hal-hazıra bu mənfi korrelyasiya bir də qeydə alınmaqdadır. Bu, o demək deyil ki, qızıl və gümüşü bir neçə gündən sonra mütləq yüksəliş gözləyir, bu o deməkdir ki, son bir neçə il ərzində belə bir hadisə baş verəndə bu adətən hər iki metal üçün qiymət yüksəlişi ilə yekunlaşıb.

Bütün bunları nəzərə alaraq, Philadelphia Stock Exchange Gold and Silver Indeksinə nəzər salaq. Bu indeks, artıq qeyd etdiyim kimi, bir çox hallarda qızıl və gümüşün qiymət hərəkətini qabaqlayır. Bu səbəbdən, qızıl və gümüş potensial yüksəliş ehtimalının özünü nə dərəcədə doğruldacağını təxmin etmək üçün bu indeksdə 135 səviyyəsini əhatə edən müqavimət xəttini yaxından izləmək lazımdır. Əgər qiymət bu səviyyəni keçərsə, o zaman qızıl/gümüş mənfi korrelyasiya məsələsini buna əlavə edərək, yüksəliş barəsində olan fikirləri bir o qədər gücləndirmək olar.

Bütün bunlar mənə onu deyir ki, qızıl və gümüş keçid nöqtəsindədir. Ola bilsin ki yüksəliş əvəzinə bir müddət yerində hərəkət edən qiymət əmələ gəlsin. Ola da bilsin ki, yüksəliş günü sabah (gələn həftədən başlasın). Bunu bilmirik, bilə də bilmərik. Amma en azından onu bilir ki hər iki halda enən trendin çox zəiflədiyi göz qabağındadır. Əgər sizin hal-hazırda maliyyə bazarlarında bu əmtəə üzrə satış əməliyyatlarınız varsa, enən trendin zəiflədiyini nəzərə almağınız məsləhət görülür.  Lakin bu o demək deyil ki, siz metalları almağa həvəslənməlisiniz, sadəcə həyata keçirdiyiniz satışlarda daha ehtiyatlı davranın.

Bir də qeyd etmək istərdik ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qızılın qiyməti 1 unsiyaya görə 1697 dollardan 1 unsiya görə 1589 dollara enişdir ki, bu 6, 37% ucuzlaşma deməkdir.
10yeargoldÖtən on il ərzində qiymətlə arasında müqayisə aparsaq isə 2003-cü ildə bu rəqəm 1 unsiyaya görə dollar olduğu halda, hazırda yenə də yuxarıda qeyd etdiyimiz kimi 1589 dollardır və bu illər ərzində bahalaşma 78, 61 olmuşdur.

11yaersgold

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər