18 C
Baku
Wednesday, May 7, 2025

Qızıl və qızıl ərintiləri sahəsində yeni dövlət standartı qəbul edilib

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS ГОСТ 6835:2025 “Qızıl və onun əsasında hazırlanmış ərintilər. Markalar” yeni dövlət standartını qəbul edib.

Bu barədə AZSTAND-dan bildirilib.

Bu standart qızıl və onun əsasında hazırlanmış qızıl ərintilərin kimyəvi tərkibini, markalanmasını və istehsalında tətbiq ediləcək texniki tələbləri müəyyənləşdirmək məqsədilə işlənib hazırlanıb.

Sözügedən standart “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırılma üzrə Texniki Komitədə (AZSTAND/TK 36) konsensus əsasında təsdiqlənib və AZSTAND tərəfindən Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər