Ümumdünya Qızıl Şurasının (WGC) verdiyi məlumata əsasən, dünya ölkələrinin mərkəzi bankları cari ilin ikinci rübü ərzində 157,5 ton qızıl alıblar.
Bu rəqəm bundan öncəki rüb ilə müqayisədə 63%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 138% daha çoxdur.
Biznesinsayder.com saytı Ümumdünya Qızıl Şurasının verdiyi məlumatlara istinad edərək, qızıl ehtiyatlarının həcminə görə lider olan ölkələrinin siyahısını tərtib etmişdir.
№ 10 Hindistan
Rəsmi qızıl ehtiyatları: 557,7 ton. Valyuta ehtiyatlarında qızılın payı: 9,9%
№ 9 Niderland
Rəsmi qızıl ehtiyatları: 612,5 ton. Valyuta ehtiyatlarında qızılın payı Valyuta ehtiyatlarında qızılın payı: 60,7%.
№ 8 Yaponiya
Rəsmi qızıl ehtiyatları: 765,2 ton. Valyuta ehtiyatlarında qızılın payı: 3,1%.
№ 7 Rusiya
Rəsmi qızıl ehtiyatları: 936,6 ton. Valyuta ehtiyatlarında qızılın payı: 9,6%.
№ 6 İsveçrə
Rəsmi qızıl ehtiyatları: 1,040.1 ton. Valyuta ehtiyatlarında qızılın payı: 12,1%.
№ 5 Çin
Rəsmi qızıl ehtiyatları: 1,054.1 ton. Valyuta ehtiyatlarında qızılın payı: 1,7%.
№ 4 Fransa
Rəsmi qızıl ehtiyatları: 2,435.4 ton. Valyuta ehtiyatlarında qızılın payı: 71,7%.
№ 3 İtaliya
Rəsmi qızıl ehtiyatları: 2,451.8 ton. Valyuta ehtiyatlarında qızılın payı: 71,3%.
№ 2 Almaniya
Rəsmi qızıl ehtiyatları: 3,395.5 ton. Valyuta ehtiyatlarında qızılın payı: 72,3%.
№ 1 ABŞ
Rəsmi qızıl ehtiyatları: 8,133.5 ton. Valyuta ehtiyatlarında qızılın payı: 75,4%.