14 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

Qızıl yenə bahalaşdı

faizlere

Son günlər “Johnson & Johnson” şirkətinin koronavirus dərmanının sınaqlarını dayandırması barədə xəbərlərin də təsirilə qızıl bu günkü hərraclarda yenə bahalaşıb.

Bakı vaxtı ilə saat 9.27-də Nyu-Yorkun “Comex” birjasında qızılın noyabr fyüçersləri 0,19 faiz bahalaşaraq 1.898,2 ABŞ dollarından, gümüşün dekabr fyüçersləri isə 0,38 faiz bahalaşaraq 24,21 ABŞ dollarından satılıb.

Xatırladaq ki, ötən gün ABŞ-da iqtisadi dəstək tədbirlərinin təsdiqlənməsinə dair gözləntilərin təsirilə qızıl 1,7 faiz ucuzlaşmışdı. Bu gün isə əks-təsirlə yanaşı, “Johnson Johnson” şirkəti tərəfindən hazırlanmış koronavirus dərmanının sınaqlarını könüllülərdən birində naməlum xəstəlik aşkarlandığı üçün dayandırması xəbərləri də bahalaşmağa təkan verib.

Qeyd edək ki, dünya boyu koronavirusa yoluxmaların artması və adıçəkilən dərmanın sınaqlarının dayandırılması ən etibarlı aktiv kimi tanınan qızılın qiymətlərini artıran amildir.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Report
Son xəbərlər
360 380
Oxşar xəbərlər