Ötən iş günü, Amerika fond bazarında Dow Jones indeksi 0,26% – 21 006,94 bəndədək, S&P 500 0,41% – 2 399,29 bəndədək, NASDAQ 0,42% – 6 100,76 bəndədək artıb.
Avropa fond bazarlarında FTSE 100 indeksi 0,68% – 7 297,43 bəndədək, Almaniya DAX-ı 0,55% – 12 716,89 bəndədək, Fransa CAC-40-ı isə 1,12% – 5 432,40 bəndədək artıb.
Yaponiyanın fond bazarında Nikkei indeksi 2,33% – 19 897,06 bəndədək artaraq 2005-ci ilin dekabrından bu tərəfə ən baha qiymətə olub.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 2,25 dollar ucuzlaşaraq 1 250,60 dollara, gümüş(XAG) isə 48 sent(0,48 dollar) artaraq 16,4220 dollara təklif olunur.





