Qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı 3 il müddətində vergidən azad olunacaq.
Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.
Başqa sözlə, vergidən azadetmə 2021-ci il yanvarın 1-dən 3 il müddətinədək davam edəcək.