10 C
Baku
Thursday, December 12, 2024

Qızılın dollarla əlaqəsi: mif, yoxsa reallıq?

Bir çox mütəxəssis qızıl və ABŞ dolları arasında güclü tərs korrelyasiyanın olduğunu düşünür. Bu həqiqətən də belədirmi?

Banker.az xarici KİV-ə idtinadən xəbər verir ki, əksər hallarda bu iki aktiv əks istiqamətdə hərəkət edir, lakin aşağıdakı qrafikdə göstərildiyi kimi bu hərəkətlərin gücü tamamilə təsadüfi olur.

Məsələn, 1995-ci ildən 2005-ci ilə qədər olan dövrdə dollar indeksindəki güclü sıçrayış qızıl qiymətinin cüzi azalmasına səbəb olub. 

qrafik a

Daha sonra 2005-ci ildən 2012-ci ilə qədər: qızıl dolların qiymətindən asılı olmayaraq bahalaşmağa davam edir. Nəticədə, Amerika valyutasının indeksində nisbətən kiçik olan dəyişikliklə dolların əhəmiyyətli dərəcədə möhkəmləndiyini gördük. 

Bundan əlavə, dolların bugünkü qiyməti qızıl müxtəlif vaxtlarda 450, 380, 1080 və 1480 dollar dəyərində olub. 

qrafik b

Göründüyü kimi, analitiklər müşahidələr apararkən sadəcə qısamüddətli qrafiklərdən istifadə edirlər, uzunmüddətli qrafiklərdə heç bir korrelyasiya yoxdur.

 Əlavə etmək lazımdır ki, son illərdə ən böyük mərkəzi banklara inamın azalması fonunda qızıla tələbat artmışdır. Lakin, bir çoxları Federal Ehtiyatlar Sisteminin hər şeyi nəzarət altında saxladığına inanırlar. 

REPO bazarındakı son hadisələr və ABŞ tənzimləyicisinin QE proqramının təcili olaraq işə salması, FED-in maliyyə bazarının bütün seqmentlərinə nəzarət edə bilmədiyini və belə vəziyyətdə qızıl alışının məqsədəuyğun göründüyünü bir daha təsdiq edir. 

Son xəbərlər
Digər xəbərlər