Artıq min illərdir ki, qızıl əmanətlərin saxlanılması üçün ən etibarlı vasitə hesab olunur. Hətta müasir dünyada, investisiya alətlərinin sayı hesaba gəlməyən bir dönəmdə də, qızıla olan tələbat yenə də əvvəlki tək yüksək olmaqda davam edir.
İnvestisiya paketlərinin əksər idarəediciləri, hesab edir ki, öz aktivlərinin müəyyən bir hissəsini qiymətli metalda saxlamaq olduqca zəruridir. Qızılım müdafiə xüsusiyyətləri onun belə müstəsna mövqeyə malik olmasını təmin edir. Xüsusən də bu uzunmüddətli qoyuluşlar edərkən nəzərə çarpır, axı inflyasiyanın qızlın qiymətinə təsiri əhəmiyyətsiz dərəcədədir.
Budan əlavə, digər maliyyə aktivləri ilə müqayisədə, qızıl bazarın təsirinə daha az məruz qalır. Bunu böhran zamanı da çox aydın müşahidə etmək olardı. Digər maliyyə aktivlərin kotirovkalarının dayanmadan düşdüyü bir vaxtda, qızılın qiyməti artmaqda davam edirdi. Bu qiymətli metalı ondan ötrü alırlar ki, valyuta bazarında gözlənilməz tərəddüdlər olduğu halda ciddi itkilərə məruz qalmayasan. Bazar tərəddüdləri həm dolların mövqeyinin keçmiş dövrlərə nisbətən zəifləməsi, həm də Avropadakı borc böhranı ilə əlaqədar avronun ona edilən etibarı itirməsidir. İndi qızıl yenə də özünün əvvəlki mövqeyinə qayıtmağa başladı, yəni qızıl həmişə bir standart olub.
Beləliklə qızıl olduqca faydalı investisiya aktividir, lakin onun da digər birja məhsulları kimi özünün xarakterik xüsusiyyətləri vardır. Əgər onu bu planda nəzərdən keçirsək, qızılın ən başlıca ləyaqəti –onun heç bir kredit riskinin olmamasıdır. Belə ki, metal heç bir kəsin öhdəliyi olmadığı üçün, ona olan tələbat nəinki normal şərtlər çərçivəsində, həmçinin də maliyyə böhranları ərzində də olduqca dayanıqlıdır.
İstənilən digər bir məhsul kimi, qızılı qiyməti də ona bazarda olan tələbdən və təklifdən asılı olur. Ona görə də son bir neçə ildə bu bazardakı situasiyanın kəskin dəyişdiyini qeyd etməmək olmaz. .
hal-hazırkı dövrdə dövlət sektoru qızılın satışını kəskin şəkildə azaltmışdır. Bu böhran ilə əlaqədardır, belə ki, böhrandan öncəki mərhələdə dövlət qızılın başlıca satıcısı kimi çıxış edirdi, 2010-cu ilin nəticələri isə onun alıcı olduğunu göstərdi. Beləliklə dövlət özünün artan inflyasiya risklərindən sığortalamaq istəyir. Bundan əlavə qızıl müxtəlif ölkələrin «valyuta» qarşıdurmalarında istifadə olunacaq.
beləliklə biz şahidi olduq ki, qızıl həm investisiya aktivi, həm də adi birja məhsulu kimi bazarda məxsusi mövqeyə malikdir