Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) qızılın bir troya unsiyasının orta qiyməti üzrə proqnozunu açıqlayıb.
Bu barədə “ING Group”un iyul ayı üzrə proqnozunda bildirilib.
“ING Group”in proqnozuna əsasən, 2024-cü ildə qızılın bir troya unsiyasının orta qiyməti 2 397 ABŞ dolları, 2025-ci ildə isə 2 760 dollar təşkil edəcək.
Bundan başqa “ING Group” qızılın 2026-cı ildə qiymətinin 2 700 dollar səviyyəsində olacağını proqnozlaşdırır.
Qeyd edək ki, hazırda qızılın bir troya unsiyasının qiyməti təqribən 2 670 dolları səviyyəsində qərarlaşıb.