Qızılın qiyməti 13 apreldən bəri ilk dəfə 4 650 dollardan aşağı düşüb

“Comex” birjasında 2026-cı ilin iyun ayı üzrə qızıl fyuçerslərinin qiyməti 13 aprel 2026-cı ildən bəri ilk dəfə olaraq bir troya unsiyası üçün 4 650 dollardan aşağı enib. Bunu ticarət meydançasının məlumatları göstərir.

Bakı vaxtı ilə saat 09:40-a olan məlumata görə, qızılın qiyməti 1,12% azalaraq 4 641,3 dollar/unsiya səviyyəsinə düşüb.

Saat 09:45-də fyuçersin qiyməti 4 638 dollar/unsiya (-1,19%) təşkil edib. Eyni vaxtda 2026-cı ilin may ayı üzrə gümüş fyuçersləri 73,135 dollar/unsiya (-2,52%) səviyyəsində olub.

Son xəbərlər
Digər xəbərlər