8 C
Baku
Thursday, December 12, 2024

Qızılın qiyməti 2012-ci ilin payızından bəri ən yüksək həddə çatıb

Qızılın qiyməti 0,5% artaraq 2012-ci ilin payızından bəri ən yüksək həddə çatıb – bir unsiya üçün 1768,9 dollar.

Banker.az xəbər verir ki, qiymətli metalın qiymətləri karantin tədbirlərinin tətbiqi, birja indekslərinin çökməsi və neftin qiymətinin düçməsi nəticəsində yaranan dünya iqtisadi artmının kəskin yavaşlaması qorxuları səbəbindən atmışdır. İnvestorlar üçün qızıl maliyyə bazarlarında yüksək dəyişkənlik dövründə əsas qoruyucu aktiv sayılır.

Qızıla olan tələbatın artması eyni zamanda mərkəzi bankların genişmiqyaslı pul proqramları ilə əlaqəli olmuşdur. FED 2,3 trilyon dollarlıq iqtisadi stimullaşdırma paketini qəbul etdi, Avropa Birliyi isə iqtisadiyyata dəstək məqsədi ilə 0,54 trilyon avro vəsait ayırdı.
Nyu-Yorkda Comex birjasında qızılın qiyməti 16% artıb. Mütəxəssislərin fikrincə, yaxın zamanlarda qızıl kotirovkaları tarixi maksimuma çata bilər.

Son xəbərlər
Digər xəbərlər