Comex birjasında 2026-cı ilin avqust ayı üzrə qızıl fyuçerslərinin qiyməti 23 mart 2026-cı ildən bəri ilk dəfə bir troya unsiyası üçün 4 200 dollar həddindən aşağı enib. Bu barədə ticarət meydançasının məlumatlarında qeyd olunur.
Bakı vaxtı ilə saat 06:33-ə olan məlumata görə, qızılın qiyməti 3,79% azalaraq bir troya unsiyası üçün 4 198,2 dollara düşüb.
Saat 06:38-də isə fyuçerslərin ucuzlaşması yavaşıyıb və qiymət bir troya unsiyası üçün 4 207 dollar (-3,58%) səviyyəsində olub.







