9 C
Baku
Tuesday, December 24, 2024

Qızılın qiyməti 2725 dolları keçib

Nyu-Yorkun “Comex” birjasında qızılın qiyməti bir troy unsiyası üçün 2725 dolları keçərək rekord 2725.9 dollar səviyyəsinə çatıb. Banker.az xəbər verir ki, 18 oktyabr saat 00:31-də artım bir qədər yavaşlayıb: fyuçerslər 1 unsiya üçün 2707.1 dollara düşüb. Qeyd edək ki, ilin əvvəlindən qızıl fyuçersləri 25.2% bahalaşıb.

Qızılın qiyməti sentyabrın sonunda bir troy unsiyası üçün 2.7 min dollarla tarixi maksimumu yeniləyib. Buna, digər məsələlərlə yanaşı, ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot faiz dərəcəsini aşağı salmaq qərarı təsir göstərib.

Son xəbərlər
Digər xəbərlər