“Comex” birjasında (Nyu-York Əmtəə Birjasının bölməsi) aprel ayı üzrə qızıl fyuçersinin qiyməti bir troy unsiyası üçün 5 150 dolları ötərək 30 yanvardan bəri ilk dəfə 5168 dollara çatıb.
Bakı vaxtı ilə saat 03:08-ə olan məlumata əsasən, qiymətli metalın qiyməti bir troy unsiyası üçün 5 160 dollar təşkil edib (+0,58%).
Saat 03:12-yə olan məlumata görə isə qızılın qiyməti artımı sürətləndirərək bir troy unsiyası üçün 5 161,5 dollara yüksəlib (+0,61%).






