Qızılın qiyməti 4 950 dollardan aşağı düşüb

“Comex” birjasında (Nyu-York Əmtəə Birjasının bölməsi) aprel ayı üzrə qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 4 950 dollardan aşağı düşüb. Ticarət meydançasının məlumatlarına görə, bu, 2026-cı il 18 fevraldan bəri ilk belə haldır.

Bakı vaxtı ilə saat 15:40-a olan məlumata əsasən, qiymətli metalın qiyməti bir troya unsiyası üçün 4 942,3 dollar təşkil edib (-1,32%).

Saat 15:45-ə isə qızılın qiyməti 4 941,1 dollar səviyyəsində olub (-1,34%). Eyni vaxtda 2026-cı ilin may ayı üzrə gümüş fyuçersləri 1,55% ucuzlaşaraq bir unsiya üçün 78,68 dollar səviyyəsinə enib.

Son xəbərlər
Digər xəbərlər