Dünyada qızılın qiymətləri ABŞ iqtisadiyyatındakı vəziyyətə dair mənfi proqnozlar fonunda artmaqda davam edir.
“Kommersant” xəbər verir ki, bunu “Comex” Nyu-York Birjasındakı sövdələşmələrin nəticələri göstərir.
Belə ki, qızılın iyun fyuçersinin qiyməti 0,97% (17 ABŞ dolları) artaraq 1 unsiya üçün 1 773,3 ABŞ ıdollar təşkil edib. Sövdələşmələr zamanı qiymət 1 774,8 ABŞ dollarına qədər çatıb ki, bu da 2012-ci ilin sentyabrından bu yana ən yüksək göstəricidir.
Qeyd edək ki, qızılın qiyməti ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri Cerom Pauellin ölkə iqtisadiyyatına dair proqnozları fonunda fonunda artmaqdadır.