16 C
Baku
Tuesday, September 23, 2025

Qızılın qiyməti bir troy unsiyası üçün rekord 3750 dollara çatıb

Qızılın birja qiyməti bir troy unsiyası üçün rekord 3750 dollara çatıb.

Bakı vaxtı ilə saat 10:48-ə olan məlumata görə, “Comex” birjasında dekabr ayı qızıl fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 45.22 dollar və ya 1.22% artaraq 1 troy unsiyası üçün 3751.02 dollara çatıb və tarixdə ilk dəfə olaraq 3750 dolları ötüb.

Eyni zamanda gümüşün dekabr fyuçersləri 2.65% artaraq unsiya üçün 44.09 dollar olub.

Son xəbərlər
Digər xəbərlər