Qızılın qiyməti Çində vergi güzəştlərinin ləğvi fonunda $4000 səviyyəsinə enib

Tarixi maksimumdan iki həftə sonra qızılın qiyməti yenidən $4000 həddinin altına düşüb və bazar ertəsi Bakı vaxtı ilə saat 13:00-da bu səviyyədən bir qədər yuxarı ticarət olunub.

Bu enişin birbaşa səbəbi Çin hakimiyyətinin 1 noyabrdan etibarən tətbiq etdiyi mühüm vergi güzəştinin ləğvi olub. Qeyd edək ki, Şanxay Qızıl Birjasında qeyri-investisiya məqsədləri üçün qızıl alan pərakəndə satıcılar ƏDV-nin yalnız 6%-ni geri ala biləcəklər. Daha əvvəl ƏDV-nin miqdarı 13% olub. Bu, təbii olaraq, qiymətlərin artmasına və Çində zinət əşyalarına olan tələbin azalmasına səbəb olacaq — ölkənin bir sıra zərgərlik şirkətlərinin səhmləri 10%-dən çox ucuzlaşıb.

Qiymətin mühüm psixoloji səviyyəyə qədər korreksiyası bazar iştirakçılarının çoxunun gözlədiyi hadisə idi. Bununla belə, ilin əvvəlindən bəri qızılın qiyməti hələ də 50%-dən çox bahalaşıb, orta illik qiymət isə əvvəllər təsəvvür edilməyən $3200 səviyyəsini keçib.

Artımın əsas fundamental amilləri olan mərkəzi bankların qızıl ehtiyatlarını artırması və investorların “təhlükəsiz liman” aktivlərinə yönəlməsi hələ də qüvvədə qalır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər