13 C
Baku
Friday, November 22, 2024

Qızılın qiyməti ilk dəfə olaraq 2600 dolları ötüb

Çikaqo Ticarət Birjasının (CME) məlumatına görə, qızılın qiyməti tarixi rekordunu yeniləyərək unsiya üçün 2600 dollara qədər yüksəlib, Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.

Dekabr qızıl fyuçerslərinin dəyəri pik nöqtədə 2601 dollara çatıb. Bakı vaxtı ilə saat 14:32-də artım 0.54%-ə qədər yavaşlyıb və qiymətli metalın dəyəri 2594.5 dollara düşüb.

Qızılın qiyməti Federal Ehtiyat Sisteminin (FED) monetar siyasətini yumşaltması, həmçinin Yaxın Şərqdəki münaqişələr səbəbindən təhlükəsiz “sığınacaqlara” güclü tələbat sayəsində təxminən 25% bahalaşıb.

Bundan əlavə, pərakəndə investorlar tərəfindən qızıla maraq artır: 11 sentyabrda gündəlik ticarət həcmi 99 527 müqavilə təşkil edib, halbuki bütün 2020-ci il üçün tarixi maksimum 86 101 lota çatıb, “Bloomberg” qeyd edir.

“Citigroup” analitikləri qızılın qiymətinin il yarım ərzində bir unsiya üçün 3000 dollara çata biləcəyini proqnozlaşdırırlar. Onlar metalın orta qiymətinin 2024-cü ildə 2350 dollar, 2025-ci ildə isə 2875 dollar olacağını gözləyirlər.

Son xəbərlər
Digər xəbərlər