14 C
Baku
Friday, November 22, 2024

Qızılın qiyməti inflyasiyanın sürətlənməsi fonunda son 5 ayda maksimum həddə çatıb

Qızılın qiyməti inflyasiyanın sürətlənməsi fonunda son beş ayın maksimumuna – 1868.5 dollara yüksəlib. Qeyd edək ki, son bir həftə ərzində qiymət 2.9% artıb ki, bu da son altı ayda ən yaxşı nəticədir.

Banker.az xəbər verir ki, “Bloomberg” statistikasının göstərdiyi kimi, qiymətli metalın qiyməti noyabrın 12-də bir unsiya üçün 1864.9 dollara çatıb. Agentliyin saytındakı qrafikdən belə görünür ki, bu, qızılın bir unsiyasının 1859.02 dollar olduğu iyunun 15-dən bəri maksimumdur.

b981efaf 9dab 4c80 8458 db028cef72c4

Qızılı qiyməti hələki 2020-ci ilin avqustunda yüksəldiyi 2050 dollar səviyyəsindən 10% aşağı olaraq qalır. Bu, qiymətlərin və inflyasiyanın artması ilə əlaqələndirilir: investorlar əmanətlərini qorumağın yollarını axtarırlar. Qızılın qiymətinin qalxması fonunda qızıl mədəni ilə məşğul olan şirkətlərin səhmləri bahalaşır.

 

Son xəbərlər
Digər xəbərlər