Ticarət məlumatlarına görə, Comex birjasında 2026-cı ilin avqust ayı üzrə qızıl fyuçerslərinin qiyməti ilk dəfə iyunun 23-dən bəri bir troya unsiyası üçün 4 150 dollar həddini keçib.
Bakı vaxtı ilə saat 16:40-a olan məlumata əsasən, qızılın qiyməti 1,76% artaraq bir troya unsiyası üçün 4 154,2 dollara çatıb.
Saat 16:50-yə olan məlumata görə isə artım tempi zəifləyib və fyuçersin qiyməti bir unsiya üçün 4 138,1 dollar (+1,36%) səviyyəsində olub.
Eyni vaxtda 2026-cı ilin sentyabr ayı üzrə gümüş fyuçersləri bir troya unsiyası üçün 61,72 dollar səviyyəsində ticarət olunub ki, bu da 2%-lik artıma bərabərdir.







