Qızılın qiyməti mayın 5-dən bəri ilk dəfə 4600 dollardan aşağı düşüb

Qızıl fyuçerslərinin qiyməti 2026-cı il mayın 5-dən bəri ilk dəfə olaraq bir troya unsiyası üçün 4600 dollardan aşağı enib. Bu barədə COMEX birjasının məlumatlarında deyilir.

Bakı vaxtı ilə 09:08-ə olan məlumata görə, qızılın qiyməti 1,9% azalaraq bir troya unsiyası üçün 4596,5 dollar səviyyəsinə enib.

Saat 09:13-ə olan məlumata əsasən isə fyuçerslərin qiymətində azalma sürətlənib və bir troya unsiyası üçün 4592,6 dollar (-1,98%) təşkil edib.

Son xəbərlər
Digər xəbərlər