21 C
Baku
Tuesday, October 28, 2025

Qızılın qiyməti oktyabrın 10-dan bəri ilk dəfə 4 min dollardan aşağı düşüb

Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçerslərinin qiyməti oktyabrın 10-dan bəri ilk dəfə 4 min dollardan aşağı enib.

Dünən Bakı vaxtı ilə saat 18:24-də qızıl fyuçersinin qiyməti 3,42% azalaraq hər troya unsiyası üçün 3 996,3 dollar olub. Saat 18:38-ə olan məlumata görə, azalma tempi 3,17%-ə qədər zəifləyib və qiymət 4 006,7 dollar təşkil edib. Saat 22:02-yə qədər qızıl fyuçersinin dəyəri 2,82% azalıb və 4 021,2 dollar səviyyəsinə düşüb. Hazırda qiymət 3991,80 dollar səviyyəsindədir.

Eyni vaxtda, dekabr ayı üzrə gümüş fyuçersi 3,38% azalma göstərərək hər troya unsiyası üçün 46,946 dollar olub.

“High Ridge Futures” şirkətinin metal ticarəti direktoru Devid Meqer “Reuters” agentliyinə bildirib ki, bugünkü eniş ABŞ və Çin arasında ticarət sazişinin əsas prinsiplərinin razılaşdırılması ilə bağlıdır.
“CPM Group” şirkətinin idarəedici partnyoru Ceffri Kristian isə qeyd edib ki, qızıl qiymətlərinin azalması ayın əvvəlində yaranmış ticarət gərginliyinin zəifləməsi ilə əlaqədardır.

Son xəbərlər
Digər xəbərlər