Qızılın dekabr fyuçersləri tarixi maksimumu yeniləyərək bir troy unsiyası üçün $4350 səviyyəsinə çatıb. Bu barədə “Comex” birjasının məlumatlarında qeyd olunur.
Bakı vaxtı ilə saat 02:00-da qiymət bir unsiya üçün $4354 təşkil edib, bu isə 2,5% artım deməkdir. 02:15-də isə qızılın qiyməti artmaqda davam edib və $4367,8 səviyyəsində (+2,83%) ticarət olunub.
Bundan əvvəl, 15 oktyabr gecəsi, qızıl fyuçersləri tarixdə ilk dəfə $4150 səviyyəsinə çataraq rekord qırmışdı. “Financial Times”ın məlumatına görə, qızılın qiymət artımı qızıl fondlarına artan investisiyalarla izah olunur. Sentyabr ayında dünya üzrə investorlar bu fondlara 15,5 milyard dollar yatırıb.