Qızılın dekabr fyuçersləri “Comex” birjasında yeni tarixi maksimuma çataraq bir troy unsiyası üçün 4200 dollar həddini keçib. Ticarət platformasının məlumatına görə, qiymətli metalın dəyəri 4205,1 dollara qədər yüksələrək 0,7% artım nümayiş etdirib.
Bundan əvvəl qızıl fyuçersi 14 oktyabr gecəsi tarixi rekordu yeniləyərək 4150 dollar səviyyəsinə çatmışdı. “Financial Times”ın məlumatına görə, qızılın qiymətindəki artım qızıl fondlarına (ETF) daxilolmalarla əlaqədardır. Sentyabr ayında dünya üzrə investorlar ETF-lərə 15,5 milyard dollar yatırıb.
Qeyd edək ki, eyni zamanda 14 oktyabr gecəsi gümüş fyuçersi də tarixi maksimumunu yeniləyərək bir unsiya üçün 51 dollar qiymətinə çatıb.